Prezident İlham Əliyev bəzi sənədlərdə səhiyyə qurumları ilə bağlı dəyişikliklər etdi

Prezident İlham Əliyev bəzi sənədlərdə səhiyyə qurumları ilə bağlı dəyişikliklər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli 502 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 fevral tarixli 946 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman verib.
Sənəddə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq qərara alınıb ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.9-1-ci, 3.1.24-1 – 3.1.24-7-ci yarımbəndləri ləğv edilsin.
Həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli Fərmanının 2.6-cı bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz olunub.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda onun həyata keçirilməsi üzrə Tədbirlər Planının bir sıra yarımbəndlərinin (7.2.16, 7.3.1.11, 7.3.2.11, 7.3.3.11, 7.3.4.11, 7.3.5.12, 7.3.6.12, 7.3.7.13, 7.3.8.12, 7.3.9.13, 7.3.10.13, 7.3.11.12, 7.3.12.13, 7.3.13.12, 7.3.14.13, 7.3.15.13, 7.3.16.13, 7.3.17.13, 7.3.18.13, 7.3.19.13, 7.3.20.11, 7.3.21.12, 7.3.22.13, 7.3.23.13, 7.3.24.13, 7.3.25.14, 7.3.26.11, 7.3.27.9, 7.3.28.13, 7.3.29.12, 7.3.30.12, 7.3.31.13, 7.3.32.14, 7.3.33.13, 7.3.34.13, 7.3.35.14, 7.3.36.13, 7.3.37.12, 7.3.38.14, 7.3.39.13, 7.3.40.13, 7.3.41.12, 7.3.42.13, 7.3.43.13, 7.3.44.13, 7.3.45.14, 7.3.46.14, 7.3.47.13, 7.3.48.12, 7.3.49.13, 7.3.50.14, 7.3.51.12, 7.3.52.14, 7.3.53.13, 7.3.54.11, 7.3.55.12 və 7.3.56.12) icraçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinın əvəzinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi olaraq müəyyənləşdirilib.
Dövlət başçısının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli Fərmanının 6.13-cü bəndində “tabeliyindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” məzmununda 4.1.16-2-ci yarımbənd, eləcə də dövlət başçısının 2020-ci il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2-ci hissəsinə eyni məzmunda 2.1.8-1-ci yarımbənd əlavə olunub. Həmin Qaydanın 2.18.2-ci və 2.23.2-ci yarımbəndlərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 10 aprel tarixli 861 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq qərara alınıb ki, dövlət başçısının 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 1.3-cü və 2.7-1-ci bəndlərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz olunsun.
Eyni zamanda, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli Fərmanının 4.4-cü və 4.5-ci bəndlərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Yeni Fərmanla “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli Fərmanında bir sıra dəyişikliklər olunub. Belə ki, sənədin 4-cü hissəsi üzrə 4.46-1-ci bənd ləğv edilib, 4.6-1-ci bəndin isə aşağıdakı redaksiyada verilməsi qərara alınıb:
“4.6-1. həmin Məcəllənin 162.3, 562.1, 562.2, 562-1.1 və 562-1.2-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur”.
Fərmanın 5-ci hissəsində 5.6-3-cü bənddə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə, 5.6-4-cü bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib. 5.57-ci bənddən “icbari tibbi sığortaya münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılıb.
Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin “Tədbirlər planı” hissəsinin 3.2.1-ci yarımbəndinin “Əsas icraçı” sütununda “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Səhiyyə Nazirliyi” sözləri ilə, “Digər icraçılar” sütununda “Səhiyyə Nazirliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz olunub.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda 18-ci hissənin birinci abzasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” sözləri ilə, 18.0-cı bənddə “469.1-ci (icbari tibbi sığortaya münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri, sədrin müavinləri, İdarə Heyətinin üzvləri” sözləri “nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – icraçı direktor, onun müavinləri” sözləri ilə əvəz edilib.
Dəyişikliklər olunan daha bir sənəd Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”dır. Bu sənədin 3-cü hissəsində “163-cü, 562-1.1-ci maddələrində, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrinə münasibətdə 162.3-cü və 562.1-ci” sözləri “162.3-cü, 163-cü, 562.1-ci və 562-1.1-ci” sözləri ilə əvəz edilib. 3-1-ci hissə ləğv olunub.
Daha bir analoji sənəd Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli 353 nömrəli, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 367 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli və “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 fevral tarixli 32 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmandır.
“Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” dövlət başçısının 1998-ci il 13 mart tarixli Fərmanının 2.4-1-ci bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanının 2-ci hissəsində 2.12-2-ci bəndə “194.1-ci” sözlərindən əvvəl “166.3-cü (birinci və ikinci hallarda), 166.4-cü (birinci və üçüncü hallarda),” sözləri əlavə olunub. 2.13-cü və 2.15-ci bəndlərdə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib. 2.14-cü bənd ləğv olunub.
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” dövlət başçısının 2000-ci il 15 iyul tarixli Fərmanının 2-ci hissəsində 2.4-cü bənddə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəzlənib. Həmin hissənin 2.5-ci və 2.6-cı bəndlərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz olunub.
“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli Fərmanının 2.5-ci bəndində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli Fərmanının 2.7-ci bəndində, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli Fərmanının 2.6-cı, 2.10-cu (hər iki halda) və 2.11-ci bəndlərində, eləcə də “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanının 2.3-cü bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Dövlət başçısının qəbul etdiyi daha bir sənəd “Azərbaycan Respublikası Prezidentinin “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 263 nömrəli, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 274 nömrəli, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 20 aprel tarixli 414 nömrəli və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 9 aprel tarixli 606 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman adlanır.
Bu sənədə əsasən, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli Fərmanının 2.3-cü bəndindən “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılıb.
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli Fərmanının 2.3-cü və 2.5-ci bəndlərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.13-3-cü bəndindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər” sözləri çıxarılıb.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli Fərmanının 2.6-cı bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli Fərmanının 2-ci hissəsinin 2.4-cü bəndində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözlərinə dəyişdirilib. 2.6-cı, 2.11-ci və 2.13-cü bəndlərdə isə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”nin 11.6-cı bəndinin birinci abzasında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz olunub.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanının 1.10-cu bəndində, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli Fərmanının 3.3-cü bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilib.
Həmçinin, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli Fərmanının 1.4-cü bəndinə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova