İyulda 35 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, iyulun 1-dən 31-dək 35 aptekdə yoxlamalar keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində qeydiyyatsız və sertifikatsız dərman vasitələri aşkar olunmayıb. Bəzi xətalarla bağlı 9 protokol tərtib edilib.31-08-2022, 12:35




