Səhiyyə Nazirliyində Almaniyanın aparıcı əczaçılıq şirkətləri nümayəndələri ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Almaniyanın aparıcı əczaçılıq şirkətləri nümayəndələri ilə görüş keçirilib

Almaniyanın əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən aparıcı şirkətlərinin nümayəndələrindən ibarət heyət Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlığın mövcudluğunu vurğulayıb, əczaçılıq sahəsində də əlaqələrin dinamik inkişafda olduğunu qeyd edib. Nazir Almaniyanın əczaçılıq sahəsində, eləcə də tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Almaniyanın biotexnologiya sahəsindəki nailiyyətləri dünyada əczaçılıq sənayesinin inkişafına təkan verir.
Azərbaycanda Almaniyanın aparıcı əczaçılıq şirkətlərinin fəaliyyət göstərdiyini söyləyən Teymur Musayev gələcəkdə əməkdaşlığın daha uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində, alman əczaçılıq şirkətlərinin rəhbərləri Azərbaycanla əməkdaşlığın daha yüksək səviyyəyə çatmasında maraqlı olduqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizə ikigünlük işgüzar səfərin əsas məqsədi əməkdaşlıq imkanlarının müzakirəsi və gələcəkdə regionda planlaşdırılan layihələr haqqında məlumat verməkdir.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər əczaçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinin perspektivlərini müzakirə ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova