Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılıb

Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin bununla bağlı qərarını imzalayıb.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının 4-cü və 5-ci hissələrinin icrasını təmin etmək məqsədilə qəbul edilən sənədə əsasən, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib.
Koordinasiya Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.
Eyni zamanda, müəyyən olunub ki, Bakı şəhərində yerləşən Koordinasiya Mərkəzinin Nizamnamə Fondu 300 000 manat təşkil edir və qurumun əsas vəsaiti hesabına formalaşır.
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən, Koordinasiya Mərkəzi orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz.
Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin Nazirlər Kabinetinin həmin Qərarı ilə təsdiq olunan Nizamnaməsi Mərkəzin fəaliyyətini müəyyən edir və tənzimləyir.
Bildirilir ki, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən, orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir. Onun fəaliyyət istiqamətləri orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti təşkil etmək və əlaqələndirmək, bu fəaliyyəti həyata keçirən tibb müəssisələrinin işini koordinasiya etmək, bu sahədə vahid uçotu aparmaq və informasiya təminatını təşkil etməkdir.
Nizamnamə Koordinasiya Mərkəzinin vəzifələrini də müəyyən edir. Belə ki, Mərkəz orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etməli, tibb müəssisələrindən müvafiq məlumatları toplamalı, “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nı aparmalı və müntəzəm olaraq yeniləməli, bazaya daxil edilmiş məlumatların düzgünlüyünü və tamlığını yoxlamalı, “Resipiyentin gözləmə vərəqəsinin tərtib olunma Qaydası”nın tələbləri nəzərə alınmaqla donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin etməli, orqan donorluğu və transplantasiya sahəsində işi təşkil etməli və bu sahədə fəaliyyəti koordinasiya etməlidir. Şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina edilməsi barədə iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyini təmin etmək, onun bununla bağlı ərizəsinin qanuna uyğun tərtib edildiyini yoxlamaq və nəticəsi barədə ərizəçiyə bildiriş göndərmək, eləcə də transplantasiya üzrə koordinator tərəfindən canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının, şəxsin donor olub-ola bilməməsi barədə etika komissiyasının müvafiq qərarının, resipiyentin gözləmə vərəqəsinin, meyit donordan götürülmüş orqanla bağlı aktın, transplantasiya məqsədilə donor orqanların idxalını və ya ixracını həyata keçirən tibb müəssisələri barədə məlumatların vahid informasiya bazasına daxil edilməsini təşkil etmək də Koordinasiya Mərkəzinin vəzifələri sırasına daxildir.
Mərkəz həmçinin donorların, resipiyentlərin, donor orqanların transplantasiya fəaliyyətinə cəlb olunmuş həkim-transplantoloqların və transplantasiya üzrə koordinatorların uçotunu aparacaq, şəxsin donor olub-ola bilməməsi barədə qərarın qəbul edilməsi üçün etika komissiyasına təqdimat verəcək, transplantasiya üzrə koordinatorların fəaliyyətinə nəzarəti və onlar arasında səmərəli qarşılıqlı əlaqəni təmin edəcək. Qurumun vəzifələrinə bir sıra digər məsələlər də aiddir.
Nizamnamədə Koordinasiya Mərkəzinin öz vəzifələrini yerinə yetirməsi üçün hüquqları da müəyyən olunur.
Öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edən Mərkəzin idarəetmə orqanı İdarə Heyətidir. Koordinasiya Mərkəzinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyəti 7 üzvdən –səhiyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər 4 üzvdən ibarətdir. Nizamnamə İdarə Heyətinin, onun sədrinin və üzvlərinin vəzifələrini də müəyyən edir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova