Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif edilmiş tibb işçilərinə mükafatlar təqdim olunub

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif edilmiş tibb işçilərinə mükafatlar təqdim olunub

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, bir qrup səhiyyə işçisi “Tərəqqi” medalı və fəxri adlarla təltif edilib. Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Abdurahmanov Mehrab Nəhməd oğlu, Əliyeva Nailə Həsən qızı, İsmayılov Hikmət İbrahim oğlu, Pirəliyeva Həqiqət Novruz qızı və Rəhimov Afiq Allahverdi oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər. Prezident İlham Əliyevin digər Sərəncamı ilə Qədirova Nuriyə Baba qızına “Əməkdar həkim” fəxri adı verilib.
Səhiyyə Nazirliyində bununla əlaqədar tədbir keçirilib.
Toplantıda səhiyyə naziri Teymur Musayev təltif olunmuş səhiyyə işçilərini təbrik edib. Nazir qeyd edib ki, mükafatlanan şəxslərin hər birinin səhiyyə sahəsində uğurları və nailiyyətləri var.
Son illər Azərbaycanda səhiyyənin inkişafı, bu məqsədlə həyata keçirilən dövlət proqramları, icra edilən layihələr, inşa olunan tibb müəssisələri, onların ən müasir avadanlıqla təchiz edilməsi qeyd olunub. Bildirilib ki, bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra səhiyyə naziri Teymur Musayev mükafatları təqdim edib və mükafatlandırılan şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova