Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiqləyib
![Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiqləyib](/uploads/posts/2022-09/1663059661_ddddder-01.jpg)
Tarif (qiymət) Şurasının növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq edilib.
Bu barədə Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib.
Bununla da ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13347-yə çatıb. Onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.