Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd olundu

Hazırda dünyada 37,2 milyon nəfər insanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxs var. Onların 1,7 milyonu 14 yaşına qədər olan uşaqlardır. İİV-ə yoluxanların 27,5 milyonu antiretrovirus müalicəsi ilə əhatə edilib. Lakin İİV-lə yaşayan xəstələrin 27 faizi həmin müalicə ilə təmin olunmayıb. İİV-ə yoluxan hamilələrin 85 faizi virusun anadan uşağa ötürülməsinin qarşısını almaq məqsədilə antiretrovirus müalicəsinə cəlb edilib. 1997-ci illə müqayisədə İİV-ə yeni yoluxma halları iki dəfə

30-12-2021, 12:04

Vətəndaş cəmiyyətinin vərəmlə mübarizə fəaliyyəti müzakirə edilib

Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və “Sağlamlığa xidmət” İctimai Birliyinin (İB) birgə təşkilatçılığı ilə Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının 10 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirilib. Toplantıda Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Aytən Hüseynova Vərəm Əleyhinə QHT Koalisiyasının 2011-ci ildə millət vəkili Soltan Məmmədov və “Sağlamlığa xidmət” İB-nin sədri Elçin Muxtarlının

30-12-2021, 12:01

Bali Demokratiya Forumunda Azərbaycanın COVID-19-la mübarizəyə töhfələrindən danışılıb

İndoneziyada Bali Demokratiya Forumunun “İnsanlıq üçün demokratiya: pandemiya dövründə iqtisadi və sosial ədalətin təşviq olunması” mövzusunda 14-cü sessiyası keçirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tədbirdə ölkəmizi xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib. Sessiyada onlayn formatda iştirak edən nazir müavini çıxışında Azərbaycanın COVID-19 pandemiyası ilə qlobal mübarizəyə verdiyi töhfələri

30-12-2021, 12:00

Azərbaycan Burkina-Fasoya 100 min doza “Sinovac” ianə edib

Azərbaycanın ianə etdiyi 100 min doza “Sinovac” peyvəndi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin (AIDA) əlaqələndirməsi ilə Burkina-Fasoya çatdırılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirildiyinə görə, Afrika dövlətlərinin COVID-19 ilə mübarizəsinə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstək göstərilməsi məqsədilə bu ilin sentyabr ayında irəli sürülmüş təşəbbüs

30-12-2021, 11:59

Səhiyyə işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Səhiyyə işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib. Onlayn toplantıda işçi qrupun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti, eyni zamanda, sağlam qidalanma və sağlam həyat tərzi sahəsində aparılmış islahatlar, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verilib. Həmçinin reabilitasiya infrastrukturu DALY indeksi və COVID-19-la bağlı

30-12-2021, 11:46

Bakıda IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda IV Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib. Hibrid formatda təşkil olunan tədbirdə ölkəmizin həkim-onkoloqları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya və Fransanın uroonkoloji xəstəliklər üzrə mütəxəssisləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktor müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev regionda ən

30-12-2021, 11:18

Ümumdünya Səhiyyə Assambleyasının ikinci xüsusi sessiyası keçirilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyası (ÜSA) adətən hər il may ayında toplaşır. ÜSA-nın builki 74-cü sessiyasında ÜST tarixində ikinci dəfə olaraq xüsusi sessiyanın keçirilməsi qərara alınıb. Bu qərara uyğun olaraq, Assambleyanın ikinci xüsusi sessiyası virtual formatda təşkil edilib. Sessiya zamanı üzv dövlətlər ÜST-nin pandemiyaya hazırlıq və cavab tədbirləri üzrə konvensiya, saziş və ya digər beynəlxalq alətinin işlənib hazırlanması

30-12-2021, 11:11

Psixiatr və narkoloqlar üçün kurslar keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) penitensiar sistemdə çalışan həkimlərin təkmilləşdirilməsi və onların potensiallarının inkişaf etdirilməsi üçün 2021/2022-ci tədris ilindən etibarən təkmilləşdirilmə kursları keçirilir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təşəbbüsü ilə təşkil olunan kursun yaradılması psixiatrik yardımın yaxşılaşdırılması məqsədi daşıyır. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, "Ağır stresin

30-12-2021, 10:44

Vərəmin erkən aşkarlanması və müayinəyə cəlb olunması məsələləri müzakirə edilib

Bakı Sağlamlıq Mərkəzində “Vərəm xəstəliyinin əhali arasında geniş yayılmasının qarşısının alınması, xəstəliyin erkən aşkarlanması və xəstələrin müayinəyə cəlb olunması” mövzusunda seminar keçirilib. Bakının 83 tibb müəssisəsindən olan əməkdaşların iştirakı ilə keçirilən seminarda Səhiyyə Nazirliyinin baş ftiziatrı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ftiziatriya kafedrasının professoru Yavər Şıxəliyev “Vərəm xəstəliyinin erkən aşkarlanması metodlarının

30-12-2021, 10:42

“Fosfalyugel” adlı dərman geri çağırılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin geri çağırılması Qaydası”nı rəhbər tutaraq, 028361 seriyası ilə buraxılmış, son istifadə tarixi 2023-cü ilin may ayında bitən “Fosfalyugel” ticarət adlı alüminium phosphate gel 20 faiz, daxilə qəbul edilən gel, 16 q №20 paketlərdə (saşe) dərman vasitəsinin geri çağırılması barədə qərar verib. Bu barədə Analitik Ekspertiza Mərkəzinin

30-12-2021, 10:24




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova