Psixiatr və narkoloqlar üçün kurslar keçirilib

Psixiatr və narkoloqlar üçün kurslar keçirilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) penitensiar sistemdə çalışan həkimlərin təkmilləşdirilməsi və onların potensiallarının inkişaf etdirilməsi üçün 2021/2022-ci tədris ilindən etibarən təkmilləşdirilmə kursları keçirilir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təşəbbüsü ilə təşkil olunan kursun yaradılması psixiatrik yardımın yaxşılaşdırılması məqsədi daşıyır.
İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, "Ağır stresin xüsusiyyətləri və müalicəsi" mövzusunda növbəti kurs Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının nümayəndələrinin iştirakı ilə ADHTİ-nin Psixiatriya və narkologiya kafedrasında təşkil edilib.
Ədliyyə Nazirliyi sistemində çalışan 11 həkim-psixiatr və narkoloqun iştirak etdiyi kurs başa çatandan sonra müdavimlərə sertifikatlar verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova