Səhiyyə işçi qrupunun növbəti iclası keçirilib

Səhiyyə işçi qrupunun növbəti iclası keçirilib

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Səhiyyə işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilib.
Onlayn toplantıda işçi qrupun əvvəlki iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti, eyni zamanda, sağlam qidalanma və sağlam həyat tərzi sahəsində aparılmış islahatlar, Azərbaycanda yol infrastrukturunun yaxşılaşdırılması sahəsində görülən işlər barədə məlumat verilib. Həmçinin reabilitasiya infrastrukturu DALY indeksi və COVID-19-la bağlı statistikaya təsiri, ölkəmizdə bu sahədə aparılmış sorğu və tədqiqatlar və bu göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb.
İclasda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin adıçəkilən işçi qrupuna aidiyyatı olan nümayəndələri, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə sağlam həyat tərzinin təbliği və bu sahədə aktual problemlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti iclasda müzakirəsi nəzərdə tutulan məsələlər razılaşdırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova