Vərəmin erkən aşkarlanması və müayinəyə cəlb olunması məsələləri müzakirə edilib

Vərəmin erkən aşkarlanması və müayinəyə cəlb olunması məsələləri müzakirə edilib

Bakı Sağlamlıq Mərkəzində “Vərəm xəstəliyinin əhali arasında geniş yayılmasının qarşısının alınması, xəstəliyin erkən aşkarlanması və xəstələrin müayinəyə cəlb olunması” mövzusunda seminar keçirilib.
Bakının 83 tibb müəssisəsindən olan əməkdaşların iştirakı ilə keçirilən seminarda Səhiyyə Nazirliyinin baş ftiziatrı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ftiziatriya kafedrasının professoru Yavər Şıxəliyev “Vərəm xəstəliyinin erkən aşkarlanması metodlarının müasir aspektləri” mövzusunda çıxış edib.
İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, baş ftiziatr çıxışında vərəmin aktiv və passiv aşkarlanma metodları, uşaq və yeniyetmələr arasında immunodiaqnostikanın rolu haqqında məlumat verib, kliniki müşahidələrin illüstrasiyaları slaydlar vasitəsilə təqdim olunub. Eyni zamanda, passiv aşkarlanmada sürətləndirilmiş molekulyar genetik metod “GeneXpert MBT RİF”lə yanaşı, sadə mikroskopiya metodlarının epidemioloji rolu izah edilib. Aktiv aşkarlanmada isə müasir rəqəmsal mobil flüoroqraf aparatlarının effektli işləməsi üçün risk qruplarının seçilmə taktikası və onların müayinəyə cəlb olunması məsələləri araşdırılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova