Azərbaycanda İİV üzrə yeni layihəyə start verilib

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda risk qrupları arasında insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma hallarının qiymətləndirilməsi və virusla mübarizənin təkmilləşdirilməsi məqsədilə Qlobal Fondun dəstəyi ilə yeni layihənin icrasına başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq, “İnteqrasiya olunmuş davranış və bioloji nəzarət üzrə tədqiqat”a start verilib və təlim kursu keçirilib. Təlimə İİV virusuna

31-10-2022, 08:33

ATU Avrasiya universitetlərinin beynəlxalq reytinqində qalib oldu

Avrasiya universitetləri arasında keçirilən “IAAR EUR - 2022” reytinqinə yekun vurulub. Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (Independent Agency For Accreditation and Rating - IAAR) keçirdiyi ekspert qiymətləndirməsinin nəticələrinə əsasən, Azərbaycan Tibb Universiteti (ATU) qaliblərdən biri olub, IAAR-ın Avrasiya tibb universitetləri arasında ilk üçlükdə yer alıb. Belə ki, ATU rəsmi olaraq Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyinin yüksək akademik nailiyyətlər və IAAR

31-10-2022, 08:03

Oqtay Sadıx oğlu Seyidbəyov

NEKROLOQ Oqtay Sadıx oğlu Seyidbəyov Azərbaycan səhiyyəsinə və tibb elminə ağır itki üz verib. Tanınmış təbabət alimi, Əməkdar həkim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyov 82 yaşında vəfat edib. Oqtay Sadıx oğlu Seyidbəyov 1940-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıdakı 1 saylı orta məktəbi və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Stomatologiya fakültəsini bitirdikdən sonra əmək fəaliyyətinə Semaşko adına Şəhər Klinik Xəstəxanasında

19-10-2022, 09:15

Dərman və vaksinlərin əlavə təsirləri aşkarlanıbsa, nə etməli?

Bu il yanvar ayının 1-dən avqustun 31-nə qədər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) Farmakonəzarət şöbəsinə dərman vasitələri və vaksinlərin əlavə təsirləri haqqında 115 bildiriş daxil olub. AEM-in mətbuat xidmətindən bildirilib ki, göndərilən bildirişlərin 46-sı tibb işçiləri, 68-i əczaçılıq şirkətləri və cəmi biri pasiyentlərin payına düşür. Xatırladaq ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən dərman vasitələri və vaksinlərin istifadəsi zamanı yaranan əlavə təsirlər

30-09-2022, 13:21

50 ildən sonra görüş

Bu günlərdə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan Tibb Universitetində həmin universiteti – ovaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunu 1972-ci ildə bitirmiş məzunların görüş-toplantısı keçirilib. Tədbir ilkin olaraq universitet şəhərciyində ATU-nun Vətən müharibəsində şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucadılmış abidənin ziyarət edilməsi və 1972-ci il məzunları adından əklil qoyulması ilə başlanıb. Tədbir iştirakçıları abidə önünə qərənfillər düzüblər. Sonra

30-09-2022, 13:13

Bakıda anesteziologiya-reanimatologiya üzrə beynəlxalq konfrans keçirilib

Bakıda Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti, Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı workshop günləri” adlı konfrans keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidməti bildirir ki, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) sədri, professor İsfəndiyar İsmayılov

30-09-2022, 12:51

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstə uşaqlara baş çəkib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlarla görüşüb. Leyla Əliyeva bu barədə rəsmi instaqram səhifəsində paylaşım edib. Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb. Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.

30-09-2022, 11:05

Parlamentin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin üzvləri 2022-ci ilin payız sessiyasında ilk iclasa toplaşıblar. İclası açan komitə sədri Əhliman Əmiraslanov 2022-ci ilin payız sessiyasında deputatlara uğurlar diləyib. Əhliman Əmiraslanov Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlardan söz açaraq, döyüş toqquşmalarında şəhid olan qəhrəman hərbçilərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb. İclas iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və

30-09-2022, 11:00

Türkiyə səhiyyə naziri Fahrettin Koca Azərbaycanda işgüzar səfərdə olub

Türkiyə Respublikasının səhiyyə naziri Fahrettin Kocanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana ikigünlük işgüzar səfəri baş tutub. Əvvəlcə Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim,

30-09-2022, 10:59

Əhalinin tibbi sığorta imkanlarını artırmaq məqsədilə Memorandum imzalanıb

Əhalinin tibbi sığorta imkanlarının artırılması məqsədilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, sənədi səhiyyə naziri Teymur Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev və “Azərbaycan Sığortaçılar Assosiasiyası” Müşahidə Şurasının sədri Azər Əliyev imzalayıblar.

30-09-2022, 10:58




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova