Milli Məclis səhiyyə ilə bağlı qanunlara dəyişikliklər edib

Noyabr ayında Milli Məclisin payız sessiyasının növbəti plenar iclasları keçirilib. AZƏRTAC-ın verdiyi xəbərə görə, ilk iclasda parlament “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda müzakirə edib. Müzakirələrdə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Tahir Rzayev, Hicran Hüseynova, komissiya sədrləri Eldar İbrahimov, Eldar Quliyev, deputatlar çıxış ediblər. Onlar

30-11-2022, 12:16

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

30-11-2022, 12:10

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi

30-11-2022, 12:00

Prezident İlham Əliyev “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun

30-11-2022, 11:53

Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi – 2022” başlayıb

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi – 2022” kampaniyasına start verib. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə aksiyaları ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Cəlilabad Tibb Kollecində keçirilib, müayinələr aparılıb. Tədbirlərdə təhsil ocaqlarının 350-dən artıq müəllim,

30-11-2022, 10:37

II Türkiyə-Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahiyyə Konfransı keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) II Türkiyə-Azərbaycan Hepato-Pankreato-Biliar (HPB) Cərrahiyyə Konfransı təşkil olunub. Universitetin mətbuat xidmətindən bildirildiyinə görə, ATU və Türk HPB Cərrahiyyəsi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Pankreasın neoplastik kistlərinə müasir yanaşma” mövzusuna həsr edilib. Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, səhiyyə və

30-11-2022, 10:23

Səhiyyə Nazirliyinin mütəxəssisi beynəlxalq konfransın panel müzakirəsində iştirak edib

Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərində “Hər bir uşağın optimal inkişafı üçün erkən müdaxilə” konfransı təşkil edilib. Xorvatiya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Bolqarıstan, Portuqaliya və digər ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi beynəlxalq konfransda ölkəmizi Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, UNICEF-in

30-11-2022, 09:39

İSİM-də ÜST-nin və ABŞ-nin İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələri ilə görüş olub

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional ofisinin və ABŞ-nin İnfeksiyalara Nəzarət Mərkəzinin (US CDC) nümayəndələri ilə görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, görüşdə “COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi” üzrə ölkədə icra olunan tədqiqatla bağlı fikir mübadiləsi aparılıb, əldə edilən nəticələr layihə iştirakçıları ilə müzakirə olunub. Görüşdə tədqiqatın

30-11-2022, 08:47

II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin təşkilati dəstəyi, “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi ilə Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı keçirilib. İSİM-dən bildirildiyinə görə, konfransın keçirilməsində məqsəd klinik laboratoriya mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə yeniliklərin təqdim edilməsi olub. Azərbaycan

30-11-2022, 08:46

Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir keçirilib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təşkil edilən tədbir hazırda bir çox ölkələrdə qeyd olunan Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi çərçivəsində baş tutub. Onun məqsədi antibiotiklərdən lazımi şəkildə istifadə

30-11-2022, 08:05



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova