Prezident İlham Əliyev “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

Prezident İlham Əliyev “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2022-ci il”

Sərəncama əlavə olunan Tədbirlər Planında il ərzində həyata keçiriləcək tədbirlər, onların icra müddəti, eləcə də tədbirin icraçı orqanları (qurumları) öz əksini tapıb.
Tədbirlər Planında Səhiyyə Nazirliyi qarşısında da müəyyən vəzifələr qoyulur. Belə ki, sənədin 13-cü bəndi “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsini nəzərdə tutur. Tədbirin icrası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyi və və Maliyyə Nazirliyinə həvalə olunub.
Tədbirlər Planının 12-ci bəndi isə “Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi” adlanır. Onun icraçı qurumları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi, habelə tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanlarıdır. Beləliklə, Azərbaycan Tibb Universitetində də “Heydər Əliyev dərsləri” təşkil olunacaq.
Tədbirlər Planının hər iki bəndi 2023-cü il ərzində həyata keçiriləcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova