Səhiyyə Nazirliyinin mütəxəssisi beynəlxalq konfransın panel müzakirəsində iştirak edib
Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərində “Hər bir uşağın optimal inkişafı üçün erkən müdaxilə” konfransı təşkil edilib.
Xorvatiya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Belarus, Bolqarıstan, Portuqaliya və digər ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi beynəlxalq konfransda ölkəmizi Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının
qorunması sektorunun müdiri Aynurə Zeynalova, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin erkən uşaqlıq dövrü inkişafı üzrə mütəxəssisi Yelena İsrafilova və TƏBİB-in Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva təmsil ediblər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, nazirliyin mütəxəssisi beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsində iştirak edib.
Tədbirin əsas məqsədi Avropa və Orta Asiya regionunda uşaqlarda erkən inkişafın müdaxiləsinin monitorinqi, çətinlikiləri və əsas problemlərin həlli yollarının müzakirəsi olub. Eyni zamanda, erkən uşaqlıq inkişafı üzrə Milli Proqramın hazırlanması və bununla bağlı yol xəritəsinin tərtib edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.