Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir

Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsinə həsr olunmuş interaktiv tədbir

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin (ATU) təşkilatçılığı ilə “Antibiotiklərdən sui-istifadəyə yox deyək!” mövzusunda interaktiv tədbir keçirilib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təşkil edilən tədbir hazırda bir çox ölkələrdə qeyd olunan Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi çərçivəsində baş tutub.
Onun məqsədi antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanması istiqamətində maarifləndirmənin aparılmasından ibarətdir.
ATU-nun İctimai səhiyyə fakültəsinin tələbə və müəllimlərinin iştirakı ilə keçən tədbirdə fakültənin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri dosent İbrahim Əhmədov bu sahədə aparılan təbliğat və təşviqat tədbirlərinin əhəmiyyətini qeyd edərək bildirib ki, Ümumdünya Antibiotikdən Düzgün İstifadə Həftəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi antibiotiklərdən lüzumsuz istifadənin qarşısını almaq və onların qəbulunun yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunmasına nail olmaqdan ibarətdir.
İSİM-in Təlim-resurs şöbəsinin həkim-metodisti Pərvin Quliyeva “Antibiotiklər. Miflər və həqiqətlər” mövzusunda təqdimatla çıxışında deyib ki, antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biridir: “Dünyada hər il təxminən 700 min nəfər müxtəlif dərmanlara dayanıqlı bakteriya ilə yoluxaraq dünyasını dəyişir. Onlardan 33 mini yalnız Avropa İttifaqının payına düşür. Mikrob əleyhinə müqavimətlə mübarizə üçün “Bir sağlamlıq” yanaşması qəbul edilib. Bu, regionda və dünyada antibiotiklərlə bağlı real inkişafa nail olmaq üçün yeganə üsul hesab edilir. “Bir sağlamlıq” yanaşmasına əsasən, insan və heyvan sağlamlığı, eləcə də ətraf mühit bir-biri ilə sıx əlaqədədir”.
Tədbir “Antibiotiklər barədə maraqlı məlumatlar” mövzusunda interaktiv oyunla davam edib. Tələbələr antibiotiklərin düzgün istifadəsi ilə bağlı sualları cavablandıraraq mövzuya dair geniş məlumat əldə ediblər.
Yekunda qaliblərə və iştirakçılara xatirə hədiyyələri və maarifləndirici materiallar təqdim olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova