Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi – 2022” başlayıb

Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi – 2022” başlayıb

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi – 2022” kampaniyasına start verib.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, insan sağlamlığına ciddi təhlükə olan İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq üçün maarifləndirmə aksiyaları ilk olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Cəlilabad Tibb Kollecində keçirilib, müayinələr aparılıb.
Tədbirlərdə təhsil ocaqlarının 350-dən artıq müəllim, tələbə və texniki işçisi sağlam həyat tərzi barədə məlumatlandırılıblar. Universitet və kollecdə tələbələrə Mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyin tarixi, yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verilib.
Tələbələri maraqlandıran suallar cavablandırılıb, pulsuz və anonim qaydada İİV-ə ekspres-testdən keçmək imkanı yaradılıb. Eyni zamanda, təhsil müəssisələrində tələbələrə İİV/QİÇS-ə aid broşürlər, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
Xatırladaq ki, “Avropa İİV-ə testləşmə həftəsi” kütləvi maarifləndirmə tədbiri kimi, hər il 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ərəfəsində - noyabrın son həftəsində qeyd edilir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu təşəbbüsə kollektiv şəkildə qoşulur. “Avropa İİV-ə testləşmə həftəsi” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birləşmiş proqramının birgə təşəbbüsü ilə keçirilən kampaniyadır. Bu həftə ərzində ÜST-nin Avropa regionunun bütün ölkələrində kütləvi maarifləndirmə və İİV-ə testləşmə aksiyaları təşkil olunur. Aksiyaların məqsədi regionda daha çox insanın İİV infeksiyasına münasibətdə özünün statusu barədə öyrənə bilməsi və bu xəstəliyin diaqnostikasında gecikmə probleminin minimuma endirilməsidir. Strateji planda “Avropa İİV-ə testləşmə həftəsi” erkən diaqnostika və müalicənin başlanması hesabına virusun sonradan ötürülməsinin qarşısını almaqla İİV infeksiyası epidemiyasına son qoymaq məqsədini güdür. Testləşmə kampaniyası kimi xeyirxah təşəbbüs 2013-cü ildə yaranıb və Avropada əhalinin əksəriyyəti tərəfindən qəbul edilib.
Maarifləndirici tədbirlərin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və onun bölgələrdəki laboratoriyalarının təşkilatçılığı ilə ölkəmizin bütün regionlarında keçirilməsi nəzərdə tutulur.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova