II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı

II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Tibb Universitetinin təşkilati dəstəyi, “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi ilə Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin II Beynəlxalq Laboratoriya Təbabəti Konfransı keçirilib.
İSİM-dən bildirildiyinə görə, konfransın keçirilməsində məqsəd klinik laboratoriya mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu sahədə yeniliklərin təqdim edilməsi olub.
Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə, Çin və Moldovadan olan məruzəçilərin də iştirak etdiyi tədbirdə 8 paneldə laboratoriya təbabətinin aktual mövzularına dair 40 məruzə təqdim olunub.
İki gün davam edən konfransda ölkəmizin müxtəlif bölgələrindən 200-dən çox klinik biokimya və klinik mikrobiologiya mütəxəssisi iştirak edib.Tədbirdə biokimyəvi və mikrobioloji laboratoriyalarda analitik xətalar və onların qarşısının alınması, kardiologiya, endokrinologiya, nefrologiya, revmatologiya, hematologiya və qastroenterologiyada laborator testlərin, həmçinin skrininq testlərinin tətbiqi, mikrobiologiya və molekulyar genetika sahələrinə dair son elmi nailiyyətlər müzakirə edilib.
Konfrans çərçivəsində tibbi laboratoriyaların idarə olunmasında son yanaşmalara həsr olunan panel, eyni zamanda, Türkiyə mütəxəssisləri tərəfindən “Laboratoriyada keyfiyyət əldə etmək üçün şifrlər” kursu təşkil edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova