Bakıda V Beynəlxalq Uroonkologiya Simpoziumunda dünya şöhrətli mütəxəssislər iştirak ediblər

Bakıda Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə hibrid formatda V Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib. Tədbiri giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev tədbir iştirakçılarına MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırıb və mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Bildirib ki, simpoziuma Azərbaycanla yanaşı,

30-12-2022, 10:26

Düzgün seçilmiş reabilitasiya kompleksi həyat keyfiyyətini yüksəldir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Sədaqət Hüseynova nazirliyin sosial şəbəkələrdəki hesablarına tibbi reabilitasiya ilə bağlı gələn sualları cavablandırıb. - Sədaqət xanım, tibbi reabilitasiya nədir və hansı xəstəliklərdən sonra tövsiyə olunur? - Tibbi reabilitasiya xəstələrin müxtəlif xəstəliklərdən sonra itirilmiş funksiyalarının maksimal bərpasına yönəlmiş kompleks müalicə və profilaktika tədbirləridir. Bu gün tibbi reabilitasiya, sadəcə olaraq, pasiyent xəstəxanadan evə yazıldıqdan

30-12-2022, 10:22

Muxtar respublikada həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) və “Novartis” şirkətinin təşkilatçılığı ilə regional layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, seminarda MHTM-in həkimləri Zaur Məmmədbəyov və Samirə Həsənova real praktikadakı kliniki hallarla bağlı

30-12-2022, 10:16

ELANLAR

Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan edir Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi

30-12-2022, 10:10

Azərbaycan əczaçıları Türkiyədə əczaçılıq siyasətinin inkişaf tendensiyaları ilə tanış olublar

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə İstanbulda ÜST-nin Dərmanların Qiymətləndirilməsi və Ödəniş Platformasının Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin 5-ci Toplantısı keçirilib. Ölkəmizi həmin tədbirdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Pərviz Əzizbəyov və Fərid Həsənov təmsil ediblər. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycan nümayəndələri Özbəkistan, Tacikistan və Qırğızıstandan olan əczaçılarla birlikdə Ankara

30-12-2022, 10:01

Kistalar, adətən, xoşxassəli olur və əksər hallarda cərrahi yolla müalicə edilir

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Arif Ağayev mətbuat xidmətinin qida borusu xəstəlikləri, diafraqma yırtıqlarının erkən aşkarlanma yolları, qida borusu xərçəngi ilə bağlı suallarını cavablandırıb. - Arif müəllim, torakal cərrahiyyə əməliyyatı nədir və necə icra olunur? - Torakal cərrahiyyə döş qəfəsində yerləşən orqanların xəstəliklərini əhatə edən cərrahiyyə bölməsidir. Torakal cərrah ağciyər, plevra, traxeya və bronxlar, qabırğalar, döş sümüyü, perikard, diafraqma, qida borusu, timus

30-12-2022, 10:00

Ticarət mərkəzində maarifləndirici tibbi aksiya təşkil olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Gənclik Mall” Ticarət Mərkəzində əhali üçün maarifləndirici tibbi aksiya keçirilib. Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsi bildirib ki, aksiya iştirakçılarına mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəlikləri haqqında məlumat verilib. Qeyd edilib ki, son illər dünyada ürək-damar sistemi xəstəliklərinin cavanlaşması

30-12-2022, 09:59

Region həkimləri oftalmologiya yenilikləri ilə tanış olublar

Lənkəran şəhərində Azərbaycan Retinoloqlarının 7-ci konfransı keçirilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bildirilib ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, region həkimlərinin həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti məruzələrlə çıxış ediblər. Tədbirdə “Fundus autofluoresensiyanın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında

30-12-2022, 09:56

Noyabrda 26 aptekdə yoxlama aparılıb

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır. Mərkəzdən verilən məlumata görə, noyabrın 1-dən 30-dək 26 aptekdə - Bakı şəhəri üzrə 24, regionlar üzrə isə 2 aptekdə yoxlamalar həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 3 maddə üzrə 3 protokol tərtib edilib.

30-12-2022, 09:54

Uşaqlar arasında piylənmənin risk amillərini öyrənmək üçün tədqiqat aparılır

Uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərini öyrənmək üçün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Təhsil Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində tədqiqat həyata keçirilir. İSİM-in rəsmi feysbuk səhifəsində bildirilib ki, bunu qurumun direktoru Qəhrəman Haqverdiyev İSİM-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı illik hesabatına dair dəyirmi masada deyib.

30-12-2022, 09:51



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova