Noyabrda 26 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən verilən məlumata görə, noyabrın 1-dən 30-dək 26 aptekdə - Bakı şəhəri üzrə 24, regionlar üzrə isə 2 aptekdə yoxlamalar həyata keçirilib.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 3 maddə üzrə 3 protokol tərtib edilib.