Region həkimləri oftalmologiya yenilikləri ilə tanış olublar

Region həkimləri oftalmologiya yenilikləri ilə tanış olublar

Lənkəran şəhərində Azərbaycan Retinoloqlarının 7-ci konfransı keçirilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən bildirilib ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, region həkimlərinin həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti məruzələrlə çıxış ediblər.
Tədbirdə “Fundus autofluoresensiyanın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında əhəmiyyəti”, “Vitreoretinal cərrahiyyədə vizualizasiya sistemləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının proqressivləşməsinin OKT əlamətləri”, “Cərrahi vizualizasiya sistemləri” və s. məsələlər müzakirə edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova