Muxtar respublikada həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib

Muxtar respublikada həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin (MHTM) və “Novartis” şirkətinin təşkilatçılığı ilə regional layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həkim-pediatrlar üçün ilk tədris seminarı keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, seminarda MHTM-in həkimləri Zaur Məmmədbəyov və Samirə Həsənova real praktikadakı kliniki hallarla bağlı müzakirələr aparıblar.
Tədbirdə “Jadenyu - deferaziroksun yeni forması. Üstünlükləri və istifadə xüsusiyyətləri” və “Jadenyunun talassemiyada istifadəsi. Kliniki hal” mövzusunda çıxış edən həkim-hematoloq Zaur Məmmədbəyov həkimlərə preparatın əsas klinik sınaqları və göstəriciləri, onun faydaları və istifadə xüsusiyyətləri, mümkün yan təsirləri haqqında ətraflı məlumat verib.
Həkim-hematoloq Samirə Həsənova isə “Revoleyd” preparatının uşaqlarda klinik praktikada istifadə imkanları, klinik tədqiqatlara uyğun olaraq effektivlik və təhlükəsizlik, uşaqlarda idiopatik trombositopenik purpura (İTP) xəstəliyinin epidemiologiyası, etiologiyası, diaqnostikası və müalicə məqsədləri, həmçinin İTP-li pediatrik xəstələrin idarə olunması üzrə beynəlxalq təlimatlarla bağlı “Uşaqlarda İTP zamanı Revoleyd preparatının istifadəsi” və “İmmun trombositopeniya. Klinik vəziyyət” mövzularında çıxış edib.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova