Ticarət mərkəzində maarifləndirici tibbi aksiya təşkil olunub

Ticarət mərkəzində maarifləndirici tibbi aksiya təşkil olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Gənclik Mall” Ticarət Mərkəzində əhali üçün maarifləndirici tibbi aksiya keçirilib.
Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsi bildirib ki, aksiya iştirakçılarına mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəlikləri haqqında məlumat verilib. Qeyd edilib ki, son illər dünyada ürək-damar sistemi xəstəliklərinin cavanlaşması müşahidə olunur, bu da səhv qidalanma, qeyri-sağlam həyat tərzi, ətraf mühitin çirklənməsi, həmçinin vətəndaşların vaxtında müvafiq profilaktik müayinələrdən keçməməsi ilə əlaqədardır.
Aksiya çərçivəsində portativ aparatlar vasitəsilə vətəndaşlar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının müəyyən olunması) dəvət ediliblər, onlara həkim-kardioloqlar, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova