Bakıda V Beynəlxalq Uroonkologiya Simpoziumunda dünya şöhrətli mütəxəssislər iştirak ediblər

Bakıda V Beynəlxalq Uroonkologiya Simpoziumunda dünya şöhrətli mütəxəssislər iştirak ediblər

Bakıda Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə hibrid formatda V Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib.
Tədbiri giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev tədbir iştirakçılarına MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırıb və mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Bildirib ki, simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan uroonkoloji xəstəliklər üzrə aparıcı mütəxəssislər də qatılıblar.
Simpoziumda professor Volkan Tuğçu (Türkiyə), professor Axel Heydenreyx (Almaniya), professor David Nikoleişvili (Gürcüstan) kimi dünya şöhrətli mütəxəssislərin, həmçinin yerli və əcnəbi uroonkoloqların “Prostat vəzi xərçəngi: erkən diaqnostikadan müalicəyə”, “Robotik prostatektomiyada sinir-qoruyucu texnikalar”, “Uroonkoloji laparoskopiyada mürəkkəb hallar”, “Pelvik cərrahiyyənin fəsadlarına yanaşma”, “Renal transplantasiyadan sonra yaranan uroonkoloji xəstələrə yanaşma”, “Laparoskopik nefroureterektomiya: distal ureterə yanaşma ”, “Yuxarı trakt urotelial karsinomada retroqrad cərrahiyyə”, “Böyrək törəmələrinin laparoskopik müalicəsi”, “Aşağı boş venanın trombu ilə müşayiət olunan böyrək xərçənginə yanaşma”, “Sidik kisəsi xərçənginin radikal cərrahi müalicəsinin nəticələri”, “Yerli yayılmış böyrək xərçəngində cərrahi müalicənin effektivliyi”, “Radikal nefrektomiyadan sonrakı residivlərin risk faktorları”, “Prostat vəzi xərçənginin HİFU üsulu ilə müalicəsində gələcəyi”, “Prostat vəzin xərçəngində palliativ cərrahiyyə: yeni texnologiyalar”, “Böyük prostat vəzi üçün HOLEP yaxud TULEP?”, “Uretral darlığın cərrahi müalicəsi”, “Hədəf biopsiyası üçün mikro-ultrasəs sistemin yeri”, “Böyrək rezeksiyası zamanı parenximadakı dəyişikliklər”, “Prepubertal xaya şişləri” və “Uretral travmanın cərrahi müalicəsi” mövzularında məruzələr dinlənilib.
Tədbirdə məruzələr üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, geniş təcrübə mübadiləsi aparılıb, elmi-tədqiqat işlərinin təqdimatının əhəmiyyəti vurğulanıb.
Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyadan keçmiş simpoziumun iştirakçılarına sonda sertifikatlar təqdim edilib.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova