Sizin Reklam Burada!

İSİM tütün əleyhinə videoçarx hazırlayıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ictimai səhiyyə məsələlərinə aid sosial videoçarxların yerli şəraitə uyğunlaşdırılması üzrə daha bir layihəni yekunlaşdırıb. Avstraliyanın Onkoloji Xəstəliklər İnstitutunun “Sponge” tütünlə mübarizə kampaniyasının videoçarxı İSİM-in mütəxəssisləri tərəfindən Azərbaycan dilində hazırlanıb. Beynəlxalq aləmdə böyük maraq doğuran və bir çox dillərdə səsləndirilən videoçarxda gündə bir qutu siqaret çəkən insanın ağciyərlərinə il

31-08-2015, 14:35

Bir sıra xəstəliklər üzrə statistik rəqəmlər açıqlandı

Dövlət Statistika Komitəsi bu məlumatları rəsmi statistik məcmuədə təqdim edib Vərəm xəstələrinin sayında azalma var Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsi çapdan çıxıb. Yeni nəşrdə ölkəmizdə bir sıra xəstəliklər üzrə rəsmi statistik rəqəmlər də yer alıb. DSK-nin məlumatına görə, Azərbaycanda ilkin vərəm xəstələrinin sayında azalma müşahidə olunur. Belə ki, 2014-cü ildə ilk dəfə qoyulan

31-08-2015, 14:32

Dərmanların GMP standartlarına uyğunluğu araşdırılır

Azərbaycanda dərman vasitələri sahəsində milli tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) son zamanlar istehsalçı müəssisələrin GMP-inspeksiya yoxlamalarını aparmağa başlayıb. Məlum olduğu kimi, dərman vasitəsinin keyfiyyətini təmin etmək üçün ona nəzarət istehsal prosesindən başlayaraq pasiyentə gedən yol boyunca hər mərhələdə aparılmalıdır. Bu baxımdan çox vacib olan birinci mərhələ istehsalat prosesinə nəzarətdir. GMP (Good Manufacturing Practice)

31-08-2015, 14:26

Mustafa bəy Topçubaşov – 120

Azərbaycanda cərrahlıq elmi məktəbinin yaradıcılarından biri, görkəmli alim Mustafa Topçubaşovun anadan olmasından 120 il ötür. Bu önəmli tarixdə böyük elm və dövlət xadimini xatırlamaq və xatırlatmaq bizim mənəvi borcumuzdur. Mustafa Topçubaşov 1895-ci il avqustun 5-də qədim Azərbaycan torpağı İrəvanın Göykümbət kəndində dünyaya göz açıb. Böyük bir nəslin nümayəndəsi olan Mustafa əvvəlcə Vətəndə ibtidai məktəbdə və gimnaziyada təhsil alır. Valideynləri onun təhsilini uzaq yerdə davam

31-08-2015, 14:24

GEM içməli suya nəzarət edir

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına uyğun təmizlənməsinə, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi nəzarət edir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən aparılan müayinələr nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar Bakının Sabunçu, Xəzər, Suraxanı və Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının

31-08-2015, 14:22

ÜST xəstəlik ocaqlarına reaksiya üzrə beynəlxalq tibbi-sanitariya qaydalarını yenidən nəzərdən keçirəcək

Əgər mövcud qaydalar çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) zəruri səlahiyyətləri yoxdursa, onda həmin qaydaları dəyişməyin vaxtıdır. Bu, mürəkkəb məsələdir, lakin bizim təlimatlar müasir reallıqlara uyğun olmalıdır. Axı indi dünyada hər gün 8,6 milyon insan miqrasiya edir. Belə şəraitdə yoluxucu xəstəliklər çox böyük sürətlə yayıla bilər. Bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çan Beynəlxalq tibbi-sanitariya qaydalarına yenidən baxılması üzrə Komitənin

31-08-2015, 14:19

Syerra-Leone Ebola ilə mübarizədə mühüm uğurlar əldə edib

Syerra-Leonedə Ebola qızdırmasından xəstəxanada müalicə alan sonuncu xəstə evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu təhlükəli xəstəliyə qarşı mübarizədə bu ölkənin hökumətinin və xalqının qətiyyətli səylərini alqışlayıb. “Sonuncu xəstə iki dəfə sınaqdan keçirildikdən sonra evə buraxılıb. Yalnız 42 gündən sonra əminliklə deyə bilərik ki, Syerra-Leonedə Ebola virusunun yayılmasının qarşısını tam almaq mümkün olub”, - deyə ÜST nümayəndəsi Tarik Yasareviç bildirib. Onun sözlərinə görə,

31-08-2015, 14:17

İlanların, əqrəblərin... yay sərgüzəştləri

“Bu il ilan və əqrəb sancmaları ilə əlaqədar bizə müraciət edənlərin sayı ötən illə müqayisədə azalıb. Belə ki, may ayından etibarən qeydə alınan ilan sancması hadisələrinin sayı 80, əqrəb sancmalarının sayı isə 34 olub. Hesab edirəm ki, problemlə əlaqədar bizə müraciətlərin azalmasının bir səbəbi avqust ayında havaların nisbətən sərin keçməsi, digər səbəbi isə rayon mərkəzi xəstəxanalarının lazımi qədər zərdabla təmin olunması, bunun sayəsində xəstələrin vaxtında vəziyyətdən çıxarılması,

31-08-2015, 13:26

Səhiyyə Nazirliyi tabeliyindəki idarə və müəssisələrə tapşırıqlar verdi

Səhiyyə Nazirliyində Bakı şəhərində fəaliyyət göstərən və Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələri rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Toplantı iştirakçılarına məlumat verilib ki, paytaxtda nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair ölkə başçısının tapşırıqlarının icrası məqsədilə Nazirlər Kabinetində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası olub və orada “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında”

31-08-2015, 13:16

Qanvermə aksiyaları keçirilir

Səhiyyə Nazirliyi qan xəstəliklərindən əziyyət çəkənlərin və qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir. Avqust ayı ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar və Astarada belə aksiyalar keçirilib. Aksiyalarda cəmi 360 nəfər iştirak edib, o cümlədən, Şabran rayonunda 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib. Ümumilikdə, bu ilin iyun – avqust

31-08-2015, 13:12



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova