ÜST xəstəlik ocaqlarına reaksiya üzrə beynəlxalq tibbi-sanitariya qaydalarını yenidən nəzərdən keçirəcək

ÜST xəstəlik ocaqlarına reaksiya üzrə beynəlxalq tibbi-sanitariya qaydalarını yenidən nəzərdən keçirəcək

Əgər mövcud qaydalar çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) zəruri səlahiyyətləri yoxdursa, onda həmin qaydaları dəyişməyin vaxtıdır. Bu, mürəkkəb məsələdir, lakin bizim təlimatlar müasir reallıqlara uyğun olmalıdır. Axı indi dünyada hər gün 8,6 milyon insan miqrasiya edir. Belə şəraitdə yoluxucu xəstəliklər çox böyük sürətlə yayıla bilər.
Bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çan Beynəlxalq tibbi-sanitariya qaydalarına yenidən baxılması üzrə Komitənin Cenevrədə keçirilən iclasında söyləyib.
Komitənin iştirakçıları Ebola qızdırmasına oxşar epidemiyaların qarşısının alınması üzrə yeni tədbirlər görmək niyyətindədirlər.
Hazırda qüvvədə olan beynəlxalq tibbi-sanitariya qaydaları 2005-ci ildə qəbul edilib. Epidemiyaların qarşısının alınması və təhlükəli infeksiyalara reaksiya üzrə təxirəsalınmaz tədbirlər həmin qaydalara əsasən müəyyənləşdirilir. H1N1, poliomielit və Ebola qızdırması geniş yayılmağa başlayarkən həmin qaydalar fəal tətbiq olunurdu. Lakin 11300 nəfərin ölümü ilə nəticələnmiş Ebola böhranı bu qaydaların zəif yerlərini üzə çıxardı. İndi ÜST-nin komitələrindən birinə həmin qaydaları yenidən nəzərdən keçirmək tapşırılıb. Məqsəd ÜST-nin üzv dövlətlərinin və bütün beynəlxalq birliyin oxşar epidemiya hallarında daha təsirli reaksiya göstərə bilməsidir.
Beynəlxalq tibbi-sanitariya qaydalarına yenidən baxılması üzrə Komitə öz işini 2016-cı ilin may ayına qədər, yəni növbəti Ümumdünya Səhiyyə Assambleyasınadək yekunlaşdırmalıdır.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova