Sizin Reklam Burada!

Səhiyyə naziri Lənkəranda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, avqustun 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında səhiyyə naziri Oqtay Şirəliyevin vətəndaşlar üçün səyyar qəbul günü keçirilib. Qəbul üçün Lənkəran sakinləri ilə yanaşı, Astara, Masallı və Lerik rayonlarından olan vətəndaşlar da müraciət ediblər. Səhiyyə naziri sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciət edən 17 nəfəri qəbul edib, onların problemlərini dinləyib və həlli ilə bağlı göstərişlər verib.

31-08-2015, 11:53

O.K.Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Oqtay Kazım oğlu Şirəliyev “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 avqust 2015-ci il.

31-08-2015, 11:46

Dopinq – dünya idmanının bəlası!

Güclü təsiredici maddələr Dərman vasitələri arasında bir qrup maddələr var ki, onlar narkotik vasitələrə və psixotrop maddələrə aid olmasa da, tibbi göstəriş olmadan və ya yüksək dozada qəbul edildikdə insanın həyatına və səhhətinə təhlükə yaradan güclü təsiredici maddələrdir. Hər hansı preparat bu qrupa BMT-nin Narkotik vasitələrə nəzarət üzrə Daimi komissiyasının nəticəsi əsasında aid edilir. Bu maddələr asılılıq vaziyyəti yarada, mərkəzi sinir sisteminə stumullaşdırıcı və ya depressiv təsir

28-08-2015, 12:48

Elanlar

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplekləşdirilməsi üzrə tədbirlər davam etdirilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən həkim-ftiziatr, həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həkim-statistik, həkim-terapevt, həkim-cərrah,

30-07-2015, 13:14

Xaçmaz səhiyyəsini necə gördük?

«Tibb qəzeti» Xaçmaz rayonuna ikinci dəfədir səfər edir. Xatırladaq ki, bu rayonda ilk dəfə 2010-cu ildə Mərkəzi Rayon Xəstəxanasında (MRX) araşdırma aparmışdıq. Beləliklə, uzun fasilədən sonra yenə həmin ünvandayıq. Bu dəfə oxucularımıza Xaçmaz MRX ilə yanaşı, Qusarçay Kənd Sahə Xəstəxanası barədə də söhbət açacağıq. Mətləbə keçməzdən əvvəl xatırladaq ki, ilk araşdırmamız zamanı Xaçmaz MRX-dakı vəziyyət ümumilikdə qənaətbəxş olsa da, irili-xırdalı bir sıra çatışmazlıqlara da rast gəlmişdik:

30-07-2015, 12:56

Qida zəhərlənmələri 36 faiz azalıb

Azərbaycanda qida zəhərlənmələrinin sayında əhəmiyyətli azalma var. Belə ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Halbuki keçən ilin müvafiq dövründə 521 hadisə baş vermişdi. Beləliklə, bu, 2015-ci ilin ilk yarımilində qida zəhərlənməsi hadisələrinin ötən ilin yanvar-iyun aylarına nisbətən 36,5 faiz azaldığını göstərir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda o da bildirilir ki, qida zəhərlənməsi hadisələrindən

30-07-2015, 12:51

Həkimlər Mərkəzi Elmi Kitabxanada humanitar aksiyalar keçirdilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) maarifləndirmə və müayinə aksiyası təşkil olunub. MOM Qlaukoma şöbəsinin əməkdaşı, həkim Mətanət Əfəndiyeva kitabxanaçılar qarşısında “Göz xəstəliklərinin profilaktikası” mövzusunda məruzə ilə çıxış edib, belə patologiyaların inkişafına yol açan amillərdən və onlardan qorunma yollarından danışıb. Sonra M.Əfəndiyeva dinləyicilərin suallarını

30-07-2015, 12:44

ÜST psixi sağlamlığa diqqəti artırmağa çağırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dövlətlərə xatırladır ki, psixi sağlamlığın qorunması üzrə xidmətlər ixtisaslı və hamı üçün əlçatan, müalicə isə təhlükəsiz və effektiv olmalıdır. ÜST-nin yeni məruzəsində əhalinin bu sahədə xidmətlərdən istifadə imkanı baxımından bərabərsizliyin artmasına diqqət cəlb olunur. Qeyd edilir ki, dünyada hər on nəfərdən biri hansısa psixi pozuntudan əziyyət çəksə də, səhiyyə sektoru resurslarının yalnız 1%-i psixi sağlamlığa yönəldilir. Zəngin ölkələrdə hər 2

30-07-2015, 12:40

Dondurma və sərinləşdiriçi içkilərə nəzarət gücləndirilib

Mövsümlə əlaqədar əhalinin sərinləşdiriçi içkilərə tələbatı artır. İstehsal texnologiyasında sanitariya qaydalarının tələblərinə, həmçinin saxlanma temperaturuna və yararlılıq müddətinə əməl olunduqda, bu içkilər insan üçün təhlükə riski daşımır. Lakin bu məhsullar birbaşa günəş şüası altında qalanda və ya onları isti havada uzun müddət saxladıqda, keyfiyyəti korlana bilər. Bu halda isə onlar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Eyni sözləri əriyib yenidən dondurulmuş, istifadə müddəti

30-07-2015, 12:38

ÜST: Uşaqların immunizasiyası sahəsində uğurlar var

2014-cü ildə uşaqların həyat əhəmiyyətli vaksinasiya ilə təmin olunmasını 90 faizə çatdıran ölkələrin sayı 2000-ci illə müqayisədə iki dəfə artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Uşaq Fondunun (UNICEF) immunizasiya ilə əhatə olunmaya dair açıqladığı yeni məruzədə qürurla bəyan olunub. Məlumatda bildirilir ki, ötən il daha 6 ölkə uşaqların 90 faizdən çoxunu difteriya, tetanus və göyöskürəyə qarşı (ADTG) üç doza vaksinlə təmin edən dövlətlərin siyahısına daxil edilib və

30-07-2015, 12:33



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova