Syerra-Leone Ebola ilə mübarizədə mühüm uğurlar əldə edib

Syerra-Leone Ebola ilə mübarizədə mühüm uğurlar əldə edib

Syerra-Leonedə Ebola qızdırmasından xəstəxanada müalicə alan sonuncu xəstə evə buraxılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu təhlükəli xəstəliyə qarşı mübarizədə bu ölkənin hökumətinin və xalqının qətiyyətli səylərini alqışlayıb.
“Sonuncu xəstə iki dəfə sınaqdan keçirildikdən sonra evə buraxılıb. Yalnız 42 gündən sonra əminliklə deyə bilərik ki, Syerra-Leonedə Ebola virusunun yayılmasının qarşısını tam almaq mümkün olub”, - deyə ÜST nümayəndəsi Tarik Yasareviç bildirib. Onun sözlərinə görə, Syerra-Leone üçün bu, mühüm nailiyyətdir. Amma müsbət nəticələrə gətirib çıxaran intensiv işi davam etdirmək lazımdır.
Bildirilir ki, Liberiyada Ebolanın yayılmasının qarşısı alınıb, amma sonra ölkədə daha bir xəstəlik aşkar edilib. Buna görə də indi orada yeni inkubasiya müddəti elan olunub.
Qvineyada isə virusun yayılmasını tam dayandırmaq mümkün olmayıb. Bu ölkədə orta hesabla hər həftə təxminən üç yeni yoluxma qeydə alınır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova