Qanvermə aksiyaları keçirilir
Səhiyyə Nazirliyi qan xəstəliklərindən əziyyət çəkənlərin və qana ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunmaq üçün könüllü qanvermə aksiyalarının təşkilini davam etdirir.
Avqust ayı ərzində Şabran, İmişli, Sabirabad, Şirvan, Ucar və Astarada belə aksiyalar keçirilib. Aksiyalarda cəmi 360 nəfər iştirak edib, o cümlədən, Şabran rayonunda 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib.
Ümumilikdə, bu ilin iyun – avqust ayları ərzində Bakı şəhərində və bölgələrdə keçirilmiş aksiyalarda 3030 nəfər iştirak edib.
Səhiyyə Nazirliyi bütün donorlara təşəkkür edir və belə tədbirlərin davam etdiriləcəyini bildirir.