Uşaq poliklinikalarında psixi sağlamlıq bölmələri yaradılıb

Psixi sağlamlıq xidmətlərini əhali üçün daha əlçatan etmək məqsədilə Azərbaycanın regionlarında yerləşən uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri təşkil edilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu iş səhiyyə naziri Oqtay Şirəliyevin 17 may 2016-cı il tarixli “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən həyata keçirilir. Artıq Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvanda

31-10-2016, 11:45

Ana südü körpələr üçün çox vacibdir

“Qidalanma uşaqların sağlamlığını, onların harmonik, düzgün inkişafını tənzimləyən mühüm amildir. Buna görə o, kəmiyyət və keyfiyyətcə səmərəli olmalı, körpə orqanizminin tələblərini ödəməlidir. Bu cəhətdən ana südü körpələr üçün ən ideal qidadır”. Bu fikirləri K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda keçirilən “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda mətbuat konfransında institutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor

31-10-2016, 11:40

Respublika Perinatal Mərkəzində irsi qan xəstəliklərinə dair konfrans keçirilib

İrsi qan xəstəliklərinin qarşısının alınması, belə xəstələrin müalicəsi ölkəmiz üçün aktual olan səhiyyə məsələlərindəndir. Bu sahədə problemlərin aradan qaldırılması bir sıra hallarda diaqnozun düzgün və vaxtında qoyulmasından asılıdır. Bu məsələlər Respublika Perinatal Mərkəzində (RPM) keçirilən “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda konfransda müzakirə olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,

31-10-2016, 11:36

Nikahdan öncə müayinələrdə 749 nəfərdə sifilis, 133 nəfərdə İİV aşkar olunub

Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq edildiyi vaxtdan, yəni 2015-ci il iyunun 1-dən bu ilin sentyabr ayının sonuna qədər tibbi müayinələrdən 197 554 nəfər keçib. Yalnız sentyabr ayı ərzində 10 990 nəfər ailə qurmağa hazırlaşan şəxs müayinə olunub. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Bununla belə, indiyədək

31-10-2016, 11:34

ÜST həkimləri qrip əleyhinə peyvənd olunmağa çağırır

Avropa əhalisinin qrip və kəskin respirator infeksiyalarla bağlı məlumatlandırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) builki kampaniyası pasiyentlərlə, o cümlədən hamilə qadınlarla və uşaqlarla daim təmasda olan və onları qripə yoluxmaq riski ilə üz-üzə qoyan həkimlərin fəaliyyətinə yönəlib. Belə ki, ÜST Avropa Regional Bürosu tibb işçilərini qrip əleyhinə peyvənd olunmağa çağırır. Qurumun yaydığı məlumatda deyilir ki, bəzən qrip mövsümündə tibb müəssisələrinin heyətinin yarısı

31-10-2016, 11:29

Ölkəmizdə qripə qarşı profilaktik tədbirlər gücləndirilir

Payız-qış ayları qrip və kəskin respirator xəstəliklərin artdığı, bəzən hətta epidemiya kimi yayıldığı mövsümdür. Azərbaycanın bu il belə problemlərlə üzləşməməsi üçün səhiyyə naziri Oqtay Şirəliyev bu xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənəd 2016-2017-ci illərin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı

31-10-2016, 11:27

“Bu o demək deyil ki, dövlət xəstəxanalarında xidmət pullu olacaq”

Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Bu məsələ Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb. Sənədə əsasən, indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub, dövlət tibb müəssisələrinin yalnız bəzi növlərinin

31-10-2016, 11:20

Dağıstan Tibb Akademiyası ilə əməkdaşlıq əlaqələri qurulur

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Dağıstan Dövlət Tibb Akademiyası (DDTA) Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır. Bu münasibətlər ölkəmizdə ali və diplomdansonrakı tibb təhsili üçün də faydalı ola bilər. Bu günlərdə Bakıda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə DDTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi Ə.Əliyev adına ADHTİ-nun rektoru, professor Nazim Qasımov və DDTA-nın rektoru, professor Süleyman Mammayev imzalayıblar. Bu

31-10-2016, 11:17

ATU ilə Türkiyənin Memorial Xəstəxanalar Qrupunun yeni əməkdaşlıq imkanları

Azərbaycan Tibb Universiteti (ATU) Türkiyənin Memorial Xəstəxanalar Qrupu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Yaxın gələcəkdə onların birgə tədbirlər, əməliyyatlar, seminar və elmi konfranslar keçirməsi planlaşdırılır. ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə Memorial Xəstəxanalar Qrupunun baş direktoru Uğur Gençin görüşü zamanı bununla bağlı ilkin razılıq əldə olunub. Görüşdə Gəray Gəraybəyli ATU ilə Memorial Xəstəxanalar Qrupu arasında uzun illərdən bəri əməkdaşlığın mövcud

31-10-2016, 11:16

Tibb Universitetində rezidentlər üçün geniş imkanlar yaradılıb

Azərbaycan Tibb Universitetinə (ATU) bu il qəbul olunmuş rezidentlərlə görüş keçirilib. Tədbirdə toplantı iştirakçılarına rezidentura təhsilinin təşkili qaydaları haqqında ətraflı məlumat verilib. ATU-nun Rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədov bildirib ki, təbabətimizin gələcəyi olan rezidentlərin yüksək ixtisaslı mütəxəssislər kimi formalaşması, həm nəzəri, həm də praktiki vərdişlərə yiyələnməsi üçün ATU-da hər cür imkan yaradılıb, müasir standartlara uyğun lazımi şərait

31-10-2016, 11:11




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova