Tibb Universitetində rezidentlər üçün geniş imkanlar yaradılıb

Tibb Universitetində rezidentlər üçün geniş imkanlar yaradılıb
Tibb Universitetində rezidentlər üçün geniş imkanlar yaradılıb

Azərbaycan Tibb Universitetinə (ATU) bu il qəbul olunmuş rezidentlərlə görüş keçirilib. Tədbirdə toplantı iştirakçılarına rezidentura təhsilinin təşkili qaydaları haqqında ətraflı məlumat verilib.
ATU-nun Rezidentura şöbəsinin müdiri, dosent Rizvan Məmmədov bildirib ki, təbabətimizin gələcəyi olan rezidentlərin yüksək ixtisaslı mütəxəssislər kimi formalaşması, həm nəzəri, həm də praktiki vərdişlərə yiyələnməsi üçün ATU-da hər cür imkan yaradılıb, müasir standartlara uyğun lazımi şərait qurulub. Rezidentlər də bu imkanlardan faydalanmalı, öz üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməlidirlər.
R.Məmmədov deyib ki, elmi biliklərin mənimsənilməsində daim fəallıq göstərən, xəstələrlə mütəmadi təmasda olan rezidentlər xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edə biləcəklər. Rezidentlərə xarici dil biliklərini də təkmilləşdirmək məsləhət görülüb.
Tədbirdə çıxış edənlər rezidentlərə təbriklərini çatdırıb, onlara seçdikləri ixtisaslara yüksək səviyyədə yiyələnməkdə uğurlar arzulayıblar.
Toplantı qarşıda duran vəzifələrin müzakirəsi ilə başa çatıb.
Qeyd edək ki, ATU-ya bu il 138 rezident qəbul olunub. Onlar universitetin klinikalarında və digər bazalarında fəaliyyət göstərirlər.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova