ATU ilə Türkiyənin Memorial Xəstəxanalar Qrupunun yeni əməkdaşlıq imkanları

ATU ilə Türkiyənin Memorial Xəstəxanalar Qrupunun yeni əməkdaşlıq imkanları

Azərbaycan Tibb Universiteti (ATU) Türkiyənin Memorial Xəstəxanalar Qrupu ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Yaxın gələcəkdə onların birgə tədbirlər, əməliyyatlar, seminar və elmi konfranslar keçirməsi planlaşdırılır. ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə Memorial Xəstəxanalar Qrupunun baş direktoru Uğur Gençin görüşü zamanı bununla bağlı ilkin razılıq əldə olunub.
Görüşdə Gəray Gəraybəyli ATU ilə Memorial Xəstəxanalar Qrupu arasında uzun illərdən bəri əməkdaşlığın mövcud olduğunu vurğulayaraq deyib: “İndiyədək bir çox sahələrdə birgə tədbirlər təşkil edilib. Bunlar əsasən təbabətin ginekologiya, endokrinologiya, cərrahiyyə istiqamətləri ilə bağlı olub. Biz digər önəmli sahələr – pediatriya, oftalmologiya, psixiatriya, nevrologiyaya da diqqət ayırmaq istərdik”.
Rektorun sözlərinə görə, indiyədək azərbaycanlı gənc həkimlər Türkiyədə təcrübə keçir, həmçinin rezidentura pilləsində çalışanlar da qardaş ölkədə praktikada ola bilirlər: “Biz İstanbul Universiteti müəllimlərinin ATU-dakı tədris prosesinə cəlb olunması arzusundayıq. Tələbələrin də biliklərinin artırılması üçün xüsusi dərslərin keçirilməsi, əməliyyatların canlı yayımla nümayiş olunmasını təşkil etmək istərdik. Simulyasiya otaqlarımızda praktiki vərdişlərin tədrisi ilə bağlı qısamüddətli kursların təşkili tələbələrimizin bacarıqlarının artırılması üçün böyük töhfə olardı”, - deyə G.Gəraybəyli bildirib.
Öz növbəsində Uğur Genç Türkiyə səhiyyəsində invaziv cərrahiyyə, qaraciyər transplantasiyası, radiologiya, süni mayalanma və digər sahələr üzrə əldə olunan nailiyyətlərdən danışıb, bu təcrübəni Azərbaycanla paylaşmaq niyyətində olduqlarını bildirib: “Hesab edirik ki, bilik və təcrübə paylaşılanda daha dəyərli olur. Bu baxımdan biliklərimizi Azərbaycanla paylaşmağa hər zaman hazırıq”.
Söhbət zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub. Türkiyəli həkimlərin ATU-da qısamüddətli kurs keçməsi, eləcə də onların keçirdiyi nadir əməliyyatların bu təhsil ocağının tələbələri üçün canlı yayımlanması barədə razılıq əldə edilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova