Unudulmaz insan, dəyərli mütəxəssis

Görkəmli şəxsiyyət, tanınmış həkim, professor, həqiqi dost Teymur Babayevin sıralarımızı tərk etməsindən bir neçə ay ötür. O, insanları və insanlığı, elmi və elmli şəxsləri sevən, məğrur, demokratik ruhlu ziyalı idi. Bu cür ziyalıları, onların keçdiyi şərəfli ömür yolunu, irsini unutmaq mümkün deyil. Öz arzusunu reallaşdırmaq üçün N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) Stomatologiya fakültəsinə daxil olan Teymur Babayev hələ tələbəlik illərində təhsildə müvəffəqiyyətlərlə

30-11-2016, 12:29

Ümumdünya Diabet Günü

İnsan ömrünün qısalmasına səbəb olan şəkərli diabet xəstəliyinə diqqət cəlb etmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyələrinə əsasən, 1991-ci ildən noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. İnsulini kəşf etməklə diabetli insanların müalicəsində yeni bir eranın başlanğıcını qoymuş Nobel mükafatçısı, professor Frederik Bantinqin anadan olduğu həmin tarix BMT-nin Baş Məclisinin 2006-cı ildə qəbul etdiyi qətnaməyə əsasən

30-11-2016, 12:23

Uşaq Klinik Xəstəxanası 9 ayda 8 minədək xəstə qəbul edib

Səhiyyə Nazirliyinin Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında tibb müəssisəsinin bu ilin 9 ayı ərzində fəaliyyətinə həsr olunmuş “dəyirmi masa” keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə 1960-cı ildən fəaliyyət göstərən, 2009-2010-cu illərdə əsaslı təmir və yenidənqurma işləri aparılan xəstəxananın fəaliyyətindən danışılıb. Bildirilib ki, 200 çarpayılıq xəstəxanada 18 yaşa kimi xəstələrə müayinə və müalicə işi dünya standartlarına uyğun təşkil edilib.

30-11-2016, 12:21

Ötən ay nikahdan öncə müayinələrdə 421 talassemiya daşıyıcısı aşkarlanıb

Səhiyyə Nazirliyinin mətbuat xidməti nikaha daxil olmağa hazırlaşanların icbari tibbi müayinəsi ilə bağlı oktyabr ayına olan rəqəmləri açıqlayıb. Qeyd edilir ki, ümumilikdə, müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub. Bununla belə, ötən ay müayinədən keçmiş 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə İİV infeksiyası aşkar edilib. Məlumatda həmçinin bildirilir ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq

30-11-2016, 12:19

2 nömrəli Bakı Baza Tibb Kolleci yüksək ixtisaslı orta tibb personalı hazırlayır

Dövlət orta ixtisas tibb təhsili müəssisəsi olan 2 nömrəli Bakı Baza Tibb Kolleci 1975-ci ildən fəaliyyət göstərir və təsisçisi Səhiyyə Nazirliyidir. Burada 7 ixtisas üzrə (mamalıq, feldşer, tibb bacısı, diş texniki, sanitar-feldşer, feldşer-laborant və əczaçı) orta tibb kadrları hazırlığı və təkmilləşməsi həyata keçirilir. Kollec Təhsil Nazirliyi tərəfindən 2013-cü ildə akkreditasiya olunub, bununla onun statusu, mütəxəssis hazırlığının dövlət təhsil standartlarının tələblərinə uyğunluğu və

30-11-2016, 12:17

Hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkili

Bakıda bu mövzuda simpozium keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan “Maarifləndirmə və profilaktik tədbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakıda hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpozium keçirilib. Yerli mütəxəssislərlə yanaşı, Rusiyadan dəvət olunmuş həkimlərin də iştirak etdiyi toplantıda Əziz Əliyev adına Azərbaycan

30-11-2016, 12:15

Mərkəzi Neftçilər Xəstəxanasında yeni metodla böyrək nəql edilib

Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri böyrək transplantasiyası sahəsində daha bir yeniliyə imza atıblar. Xəstəxanada böyrəkköçürmə sahəsində ilk dəfə olaraq yeni metodla böyrək nəqli həyata keçirilib. Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında 5 ilə yaxındır ki, canlıdan-canlıya qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunur. İndiyədək 300-ə yaxın böyrəkköçürmə əməliyyatı edilib, onların hamısı cüzi minimal kəsiklə, qapalı üsulla aparılıb. Yeni metodla həyata

30-11-2016, 12:09

ÜST Azərbaycanın malyariya, qızılca və məxmərəklə mübarizədə uğurlarını yüksək qiymətləndirir

Səhiyyə Nazirliyinə Kopenhagendən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu daxil olub. Sənəddə deyilir: “Malyariyadan azad Avropaya doğru yolda mühüm fəaliyyətinizin təsdiqi nişanəsi olaraq. 2016-cı il aprelin 20-də ÜST Avropa Regional Bürosu Avropa Regionu ərazisində malyariyanın yerli ötürülməsində fasiləyə nail olunduğunu bəyan etdi. Beləliklə, Avropa Regionu dünyada malyariyadan azad ilk region oldu. Bu

30-11-2016, 12:07

Regionlara media-tur təşkil olundu

Səhiyyədə aparılan islahatların əsas məqsədi Azərbaycanın hər yerində vətəndaşları bütün lazımi növ tibbi xidmətlərlə yüksək səviyyədə təmin etməkdir. Dövlətin diqqəti və qayğısı sayəsində ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən səhiyyə müəssisələrinin siması daim yenilənir, tibbi yardımın səviyyəsini yüksəltmək məqsədi ilə tibb müəssisələri müasir avadanlıqlarla təchiz edilir, kadrların ixtisas səviyyəsi artırılır. Nəticədə, sakinlər birbaşa yaşadığı ərazidə tibbi xidmətlərlə

30-11-2016, 12:04

İcbari tibbi sığorta üzrə səyyar kurslar keçirildi

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Ailə təbabəti kafedrasının Yevlaxda yerli mütəxəssislər üçün icbari tibbi sığortanın tətbiqi ilə bağlı təşkil etdiyi səyyar kurslar başa çatıb. Treninqlərə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər kimi seçilmiş Mingəçevir şəhərinin və Yevlax rayonunun aidiyyatlı mütəxəssisləri cəlb

30-11-2016, 12:03




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova