Hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkili

Hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkili


Bakıda bu mövzuda simpozium keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan “Maarifləndirmə və profilaktik tədbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Bakıda hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkilinə dair simpozium keçirilib.
Yerli mütəxəssislərlə yanaşı, Rusiyadan dəvət olunmuş həkimlərin də iştirak etdiyi toplantıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Hematologiya kafedrasının rəhbəri, dosent Elmira Qədimova hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramının həyata keçirilməsində Elmi Tədqiqat Hemofiliya Mərkəzinin apardığı işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılmış hemofiliya irsi qan xəstəliyi zamanı xəstələr mütəmadi olaraq laxtalanma faktorları qəbul etmədikdə dəfələrlə baş verən şiddətli qanaxmalar, oynaqlara və yumşaq toxumalara qansızmalar şikəstliyə, bəzi hallarda isə ölümə səbəb olur.

Hemofiliyalı xəstələrin multidistiplinar müalicəsinin təşkili

Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov bildirib ki, bu gün dünyada 400 min hemofiliyalı xəstə var. Azərbaycanda isə hazırda 1500 nəfərdən çox belə xəstə dispanser qeydiyyatındadır. Bu xəstələrin müalicəsi ilə Əziz Əliyev adına ADHTİ-nin Hematologiya kafedrası və Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin əməkdaşları məşğul olurlar. Azərbaycanda ölkə rəhbərliyinin təşəbbüsü ilə hemofiliyalı xəstələrin problemlərinin həll edilməsi üçün ardıcıl tədbirlərin həyata keçirildiyini söyləyən natiq onlar üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatlarının ölkəyə gətirildiyini deyib.
Baş hematoloq diqqətə çatdırıb ki, Azərbaycanda hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstə üzərində müxtəlif cərrahiyyə əməliyyatları həyata keçirilir. 2005-ci ildə ölkəmizdə Hemofiliyaya dair Dövlət Proqramı qəbul edilib. Hemofiliyalı xəstələrin müalicəsi bahalı olsa da, dövlət tərəfindən onların bütün ehtiyacları ödənilir.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bildirib ki, son illər stasionar şəraitdə müalicə olunan belə xəstələrin sayı azalıb. Onlar əsasən evdə və ambulator şəraitdə müalicə alırlar ki, bu da yaxşı göstəricidir.
Rusiyanın Hematoloji Elmi Mərkəzinin Koaqulopatiyalar üzrə elmi-konsultativ şöbəsinin müdiri Nadejda Zozulya ağır hemofiliya və digər laxtalanma patologiyası olan xəstələrin yeni müalicə metodları haqqında məruzə ilə çıxış edib. O bildirib ki, qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan hemofiliya irsi xəstəliyi zamanı oynaqlara, əzələlərə və daxili orqanlarda öz-özünə zədə və ya qanaxma baş verir. Bu xəstəlikdən kişilər əziyyət çəkirlər, qadınlar isə hemofiliyanın daşıyıcısı kimi çıxış edirlər və xəstəliyə tutulmurlar. Lakin onlar xəstə oğlan uşaqları və ya daşıyıcı qız uşaqları dünyaya gətirə bilərlər.
Tədbirdə hemofiliyadan əziyyət çəkən insanların müalicəsi üçün son illər Azərbaycanda görülən işlərdən də danışılıb. Hemofiliyalı xəstələri müalicə edən çoxprofilli həkimlərin iştirakı ilə keçən simpoziumda hemofiliyanın bir sıra problemlərinin həllinə dair mövzular müzakirə olunub.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova