Uşaq Klinik Xəstəxanası 9 ayda 8 minədək xəstə qəbul edib

Uşaq Klinik Xəstəxanası 9 ayda 8 minədək xəstə qəbul edib

Səhiyyə Nazirliyinin Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında tibb müəssisəsinin bu ilin 9 ayı ərzində fəaliyyətinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə 1960-cı ildən fəaliyyət göstərən, 2009-2010-cu illərdə əsaslı təmir və yenidənqurma işləri aparılan xəstəxananın fəaliyyətindən danışılıb. Bildirilib ki, 200 çarpayılıq xəstəxanada 18 yaşa kimi xəstələrə müayinə və müalicə işi dünya standartlarına uyğun təşkil edilib.
Tibb müəssisəsinin somatik korpusunda Pediatriya, LOR və gündüz şöbələri fəaliyyət göstərir. İnfeksion xəstəliklər korpusuna 9 boksdan ibarət Neyroinfeksiya, qarışıq infeksiyalar üçün nəzərdə tutulmuş I yoluxucu xəstəliklər, mədə-bağırsaq profilli xəstələr üçün II yoluxucu xəstəliklər və hepatitli xəstələr üçün III yoluxucu xəstəliklər şöbəsi daxildir. Bundan başqa, səhiyyə ocağında Yenidoğulmuşların patologiyası şöbəsi, iki Reanimasiya və intensiv terapiya şöbəsi, müxtəlif qrup xəstəliklər üzrə ayrı-ayrı qəbul şöbələri, müasir aparatura ilə təchiz edilmiş müayinə kabinetləri, lazımi avadanlıqlarla təmin olunmuş laboratoriyalar və s. mövcuddur.
Məlumat verilib ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində xəstəxanaya 7 998 xəstə qəbul olunub və lazımi müalicə alıb.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova