Ötən ay nikahdan öncə müayinələrdə 421 talassemiya daşıyıcısı aşkarlanıb

Ötən ay nikahdan öncə müayinələrdə 421 talassemiya daşıyıcısı aşkarlanıb

Səhiyyə Nazirliyinin mətbuat xidməti nikaha daxil olmağa hazırlaşanların icbari tibbi müayinəsi ilə bağlı oktyabr ayına olan rəqəmləri açıqlayıb.
Qeyd edilir ki, ümumilikdə, müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub. Bununla belə, ötən ay müayinədən keçmiş 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə İİV infeksiyası aşkar edilib.
Məlumatda həmçinin bildirilir ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan, yəni 2015-ci il iyunun 1-dən bu il oktyabrın sonuna qədər müayinələrdən 207 731 nəfər keçib.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisələrində həyata keçirilir.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova