İcbari tibbi sığorta üzrə səyyar kurslar keçirildi

İcbari tibbi sığorta üzrə səyyar kurslar keçirildi

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Ailə təbabəti kafedrasının Yevlaxda yerli mütəxəssislər üçün icbari tibbi sığortanın tətbiqi ilə bağlı təşkil etdiyi səyyar kurslar başa çatıb.
Treninqlərə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər kimi seçilmiş Mingəçevir şəhərinin və Yevlax rayonunun aidiyyatlı mütəxəssisləri cəlb olunublar.
Proqrama uyğun olaraq, təlimdə ADHTİ-nin əməkdaşları mühazirələr oxuyub, praktiki məşğələlər aparıblar. Mövzunu daha yaxşı qavramaq üçün həkimlərə audio-vizual üsullardan, xüsusi mulyaj və trenajorlardan istifadə etmək imkanı yaradılıb. Məşğələlər zamanı müdavimlər təcrübi vərdişlərə yiyələniblər.
Kurslar başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçmiş dinləyicilərə müvafiq sertifikatlar verilib.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova