Respublika Talassemiya Mərkəzində ilin yekunlarına dair tədbir keçirildi

Bu il Respublika Talassemiya Mərkəzində (RTM) 276 nəfər dispanser qeydiyyatına götürülüb. İl ərzində 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu rəqəmlər RTM-də keçirilən, ilin yekunlarına dair hesabat tədbirində səsləndirilib. Toplantıda qeyd edilib ki, talassemiya xəstəliyi geniş yayılmış problemlərdən olduğuna görə, bu xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir. Son

30-12-2016, 11:48

Nadir xəstəliklər üzrə dərmanların siyahısı yenidən tərtib edilir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində (AEM) nadir xəstəliklər və onların müalicəsində istifadə olunan dərman vasitələri ilə bağlı elmi toplantı keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Səhiyyə Nazirliyinin bir çox baş mütəxəssisləri, eləcə də 10 elmi-tədqiqat institutundan, Milli Onkologiya Mərkəzi, Respublika Talassemiya Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası və Respublika Dəri-Zöhrəvi Dispanserindən

30-12-2016, 11:45

“Elektron Səhiyyə” portalında onlayn konsultasiya xidməti göstərilir

Səhiyyə Nazirliyində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar cari ildə nazirlik tərəfindən “Elektron Səhiyyə” xidmətləri üzrə görülmüş işlərlə bağlı tədbir keçirilib. Toplantıda qeyd olunub ki, bu il ərzində elektron xidmətlər üzrə bir sıra işlər görülüb. Belə ki, “Mərkəzləşmiş işə qəbul” elektron xidmətinin proqram təminatı yeni qaydalara uyğun olaraq təzədən hazırlanıb və tətbiq edilib, sertifikasiya şəhadətnaməsinin gücləndirilmiş

30-12-2016, 11:44

Doğuşayardım xidməti diqqətdə saxlanılır

Bakı şəhər Baş Səhiyyə İdarəsinin (BBSİ) “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölümlə nəticələnməyən mamalıq ağırlaşmaları hallarının təhlili üzrə işçi qrupu”nun toplantısı keçirilib. İclasda stasionar doğuşayardım müəssisələrində, eləcə də antenatal xidmət göstərən tibb müəssisələrinə müraciət edən qadınlarda baş vermiş mamalıq ağırlaşmaları, müraciətdən sonrakı günlərdə ağırlaşma halları müzakirə olunub. Eyni zamanda, mamalıq və ekstragenital patologiyası olan hamilə, doğan və zahı

30-12-2016, 11:37

Mərkəzi Neftçilər Xəstəxanasının 60 illik yubileyi qeyd edildi

Çox maraqlı və şərəfli inkişaf tarixinə malik olan, 60 il əvvəl bir idarənin nəzdində sahə xəstəxanası kimi yaradılmış, ancaq bu gün ümumilikdə Azərbaycan xalqının xidmətində duran Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yubileyi münasibətilə tədbir keçirilib. Toplantıda xəstəxananın baş direktoru Leyla Seyidbəyova bu tibb ocağının tarixinə nəzər salıb, 1956-cı ildə Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası adı ilə yaradıldığını, çox keçmədən onun neft sənayesi işçilərinin

30-12-2016, 11:35

Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günündə Səhiyyə Nazirliyinin rəhbərliyi, əməkdaşları, nazirliyin kollegiya üzvləri və tibb ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanı ziyarət ediblər. Ziyarətçilər ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Anım günü münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) də professor-müəllim heyətinin iştirakı ilə ümummilli lider Heydər

30-12-2016, 11:33

Dərman qiymətlərinin tənzimlənməsində dəyişiklik edilib

Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.1 bəndinin ikinci cümləsində “qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytındakı məzənnəsi” sözləri “Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi,

30-12-2016, 11:31

Afaq Bəşirqızı: “Həkimlərimizin xalatları kimi, bəxtləri də ağ olsun”

Bəzən hər hansı həmsöhbətinin Azərbaycan tarixində, mədəniyyətində, elmində və s. tutduğu yeri, nə dərəcədə dəyərli olduğunu oxucuya çatdırmaq üçün uzun-uzun təqdimata ehtiyac hiss edirsən. Aktyordursa, rol aldığı tamaşaları, filmləri, musiqiçidirsə, ifa etdiyi və ya bəstələdiyi əsərləri, titullarını, mükafatlarını... xatırlatmadan ötüb keçə bilmirsən. Kiminsə onu unuda biləcəyi, haqqında məlumatsız, qismən məlumatlı olacağı və ya tanımayacağı ehtimalı ilə bağlı tərəddüdlərin olur. Elə

30-12-2016, 11:12

“Yenidoğulanlarda genetik xəstəliklərin erkən diaqnostikasının əhəmiyyəti”

Bakıda bu mövzuda konfrans keçirilib Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni doğulanların təxminən 2 faizində, yəni hər 100 nəfərdən ikisində irsi xəstəliklər aşkar edilir. Ölü doğulan körpələrdə və düşüklərdə bunun faizi daha çox olur. Belə ki, ölü doğulanların 5-11 faizində, düşüklərdə isə 50-70 faiz halda bu və ya digər ağır irsi patologiyalar aşkarlanır. İnsan orqanizmində elə bir sistem yoxdur ki, orada irsi, yaxud anadangəlmə inkişaf anomaliyalarına rast gəlinməsin. Ümumilikdə,

30-12-2016, 11:09

Səhiyyə Nazirliyində 2016-cı ilin hesabatı verildi

Dekabrın 30-da Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Tədbirdə il ərzində səhiyyə sahəsində görülmüş işlər və əldə edilən nəticələr barədə məruzələr dinlənildi. İclası açan səhiyyə naziri Oqtay Şirəliyev çıxış üçün ilk sözü Nazirliyin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladova verdi. Prezident İlham Əliyevin möhkəm iradəsi və düşünülmüş siyasəti sayəsində dövlətimizin böhranlı 2016-cı ildə də inkişafdan qalmadığını qeyd edən

30-12-2016, 11:04




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova