Uşaqlarda inkişaf geriliyi mövzusunda seminarlar

2 nömrəli Bakı Baza Tibb Kollecində 3 yaşadək uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə edilərək əlilliyin qarşısının alınmasına dair seminarlar keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının İnkişaf pediatriyası sahəsində həyata keçirdiyi layihələr əsasında, “İcmaya əsaslanan sağlamlıq” proqramı

31-03-2017, 13:25

Mütəxəssislər Xəstəliklərin Beynəlxalq Təsnifatından istifadə edə bilərlər

Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı (XBT – 10) Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi olan e-səhiyyə portalında yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tibb mütəxəssisləri portala daxil olaraq, hər hansı bir xəstəliyin kodunu öyrənə bilərlər. Kod bəlli olduqda isə, əksinə, onun qarşılığını, yəni xəstəliyin adını öyrənmək mümkündür. Təsnifatdan istifadə yolu çox sadədir, bunun üçün heç bir qeydiyyat tələb olunmur.

31-03-2017, 13:21

Ana və uşaq ölümünün azaldılması üçün silsilə tədbirlər davam edir

Mamalıqda ölümlə nəticələnməyən ağırlaşmaların tədqiqi ana ölümü hallarının qarşısının alınması və azaldılmasında xüsusi əhəmiyyətə malik metodologiyadır. Onun Azərbaycanda geniş tətbiqinə texniki dəstək göstərmək məqsədilə ölkəmizə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqram rəhbəri Qunta Lazdane və eksperti Steilian Xodorogean dəvət ediliblər. ÜST-nin nümayəndələri Respublika Perinatal Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının

31-03-2017, 13:17

Ümumdünya İmmunitet günü qeyd edildi

“Uşaqlar cəmiyyətin barometridir. Körpələrlə, onların sağlamlığı ilə bağlı göstəricilər ölkənin inkişafının səviyyəsini əks etdirən güzgüdür. Ona görə də uşaqların sağlamlığının qorunmasına ayrılan diqqət, o cümlədən onların dispanserizasiyadan keçirilməsi və immunoprofilaktika tədbirləri çox önəmli məsələlərdir”. Bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda Ümumdünya İmmunitet gününə həsr olunmuş “dəyirmi masa”da İnstitutun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş

31-03-2017, 13:15

“Dəyirmi masa”da Azərbaycanda yanıqların müalicəsi sahəsində uğurlardan bəhs edilib

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasının Yanıq şöbəsində “dəyirmi masa” keçirilib. Tədbirdə ağır yanma zədələrinin və onlarla əlaqədar patoloji halların, o cümlədən yanıq şokunun və müvafiq müalicə metodlarının tədqiqi və tətbiqi ilə məşğul olan kombustiologiya sahəsində azərbaycanlı mütəxəssislərin uğurları təqdim olunub. “Dəyirmi masa”da klinikanın baş həkimi, professor Şahin Əliyev bildirib ki,

31-03-2017, 13:13

Səhiyyənin və xəstəxanaların idarə olunması mövzusunda seminar

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında regional səhiyyə qurumunun idarə heyətinin üzvü və vitse-prezidenti Voren Vaytın iştirakı ilə seminar keçirilib. Regional səhiyyə sisteminin və xəstəxanaların idarə edilməsində 35 ildən artıq təcrübəyə malik mütəxəssis iki gün davam edən seminarda səhiyyə sistemi və xəstəxana idarəçiliyi mövzusunda çıxış edib. Seminarda Səhiyyə Nazirliyinin müvafiq qurumları, Azərbaycan Tibb

31-03-2017, 13:11

Sumqayıt şəhər Onkoloji Xəstəxanası istifadəyə verilib

Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması üçün tibb müəssisələrinin şəraiti, maddi-texniki bazası, sanitar-gigiyenik vəziyyəti əhəmiyyətli rol oynayır. Buna görə də ölkəmizdə yeni səhiyyə ocaqlarının tikintisinə, mövcud tibb müəssisələrinin vaxtaşırı təmirinə daim diqqət ayrılır. Bu günlərdə daha bir tibb müəssisəsi – Sumqayıt şəhər Onkoloji Xəstəxanası əsaslı təmirdən sonra yenidən əhalinin istifadəsinə verilib. 2016-cı ilin fevral ayından etibarən səhiyyə ocağının daxilində və

31-03-2017, 13:08

Təcili və təxirəsalınmaz konsultativ tibbi yardım haqqında yeni qaydalar təsdiqlənib

Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısının 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Telesəhiyyə texnologiyalarının tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” əmrə əsasən, belə xidmətin

31-03-2017, 13:06

Əhalinin növbəti kütləvi tibbi müayinələri keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən ölkəmizin hər yerində əhalinin kütləvi şəkildə tibbi müayinələri təşkil olunur. Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti ödənişsiz əsaslarla, dövlət hesabına müayinələrə cəlb edilir, ehtiyacı olanlar ambulator və stasionar müalicə alır, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər. Ötən illərdə olduğu kimi, bu il də fevralın 15-dən ölkənin bütün yaşayış

31-03-2017, 13:05

Tibb təhsili beynəlxalq məkana inteqrasiya olunur

Azərbaycanla Türkiyə arasında təhsil və səhiyyə sahəsində mövcud münasibətlərin möhkəmlənməsi Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəylinin görüşünün əsas müzakirə mövzusu olub. Səfir E.Özoral Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşü zamanı digər vacib məsələlərlə yanaşı, ATU ilə İstanbul Universiteti arasında bir sıra layihələrin planlaşdırılmasının da müzakirə olunduğunu söyləyib. E.Özoral bildirib ki,

31-03-2017, 13:03




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova