Mütəxəssislər Xəstəliklərin Beynəlxalq Təsnifatından istifadə edə bilərlər

Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu baxışı (XBT – 10) Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi olan e-səhiyyə portalında yerləşdirilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tibb mütəxəssisləri portala daxil olaraq, hər hansı bir xəstəliyin kodunu öyrənə bilərlər. Kod bəlli olduqda isə, əksinə, onun qarşılığını, yəni xəstəliyin adını öyrənmək mümkündür.
Təsnifatdan istifadə yolu çox sadədir, bunun üçün heç bir qeydiyyat tələb olunmur.
Xatırladaq ki, Xəstəliklərin Beynəlxalq Təsnifatı (tam adı “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”) Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilmiş və hər on ildən bir yenidən baxılan normativ sənəddir. O, beynəlxalq praktikada vahid metodik yanaşmanı, materiallarin və statistik göstəricilərin müqayisə oluna bilməsini təmin edir. Məqsəd müxtəlif ölkələrdə və ya bölgələrdə xəstəlik və ölüm göstəricilərini sistemləşdirilmiş şəkildə qeydiyyata almaq, təhlil, sərh və müqayisə etmək üçün lazımi şərtlərin yaradılmasıdır. Müəyyən edilmiş meyarlar əsasında ayrı-ayrı patoloji halların kodlarını və açıqlamalarını özündə əks etdirən XBT – 10 sənədindən istifadə etmək üçün aşağıdakı linkə daxil olmaq olar:
http://e-sehiyye.gov.az/az/s/13
Xəbəri paylaş