Sumqayıt şəhər Onkoloji Xəstəxanası istifadəyə verilib

Sumqayıt şəhər Onkoloji Xəstəxanası istifadəyə verilib

Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması üçün tibb müəssisələrinin şəraiti, maddi-texniki bazası, sanitar-gigiyenik vəziyyəti əhəmiyyətli rol oynayır. Buna görə də ölkəmizdə yeni səhiyyə ocaqlarının tikintisinə, mövcud tibb müəssisələrinin vaxtaşırı təmirinə daim diqqət ayrılır.
Bu günlərdə daha bir tibb müəssisəsi – Sumqayıt şəhər Onkoloji Xəstəxanası əsaslı təmirdən sonra yenidən əhalinin istifadəsinə verilib.
2016-cı ilin fevral ayından etibarən səhiyyə ocağının daxilində və xaricində əsaslı təmir işləri aparılıb. Su və kanalizasiya sistemi, elektrik və telefon xətləri tamamilə yenilənib, naqillər oda və gərginliyə davamlı xətlərlə əvəz olunub, lazımi nöqtələrdə qoruyucularla təmin edilib. Xəstəxanada müasir istilik sistemi quraşdırılıb. Tibb müəssisəsi müasir avadanlıqlarla təmin edilib, funksional çarpayılar, yeni mebellərlə təchiz olunub.







Dekabr 2024

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova