Uşaqlarda inkişaf geriliyi mövzusunda seminarlar

2 nömrəli Bakı Baza Tibb Kollecində 3 yaşadək uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə edilərək əlilliyin qarşısının alınmasına dair seminarlar keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının İnkişaf pediatriyası sahəsində həyata keçirdiyi layihələr əsasında, “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində təşkil olunan seminarlarda kollecdə təkmilləşdirmə kursları keçən, pediatriya xidmətində çalışan tibb bacıları iştirak ediblər.
Fiziki və psixo-emosional inkişafa dair məruzələrdə erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixoloji və sosial amillərin təsiri, inkişaf pediatriyasının prinsipləri və fənlərarası yanaşmalar barədə məlumat verilib. Həmçinin inkişafdan geriləmə, onun erkən aşkarlanması və bu sahədə görülən profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı söhbət gedib.
Xəbəri paylaş