Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi həkimləri təltif etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam verib. Bu sənədə əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə mükafatlandırılan hərbi qulluqçular arasında həkimlər də var. Belə ki, tibb xidməti general-mayoru Elşad Həmidov “İgidliyə görə” medalı ilə, tibb xidməti mayoru Tural Allahverdi “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar. Dövlət31-08-2021, 14:07




