Azərbaycanda COVID-19 vaksininə əks-göstərişi olanlara xüsusu sertifikat verilir
![Azərbaycanda COVID-19 vaksininə əks-göstərişi olanlara xüsusu sertifikat verilir](/uploads/posts/2021-09/1630663412_maxresdefault.jpg)
Avqustun 9-dan etibarən ölkəmizdə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə “Əks-göstəriş sertifikatı”nın verilməsinə başlanılıb.
Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, “Əks-göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikatı” verilir.
Birgə məlumatda əks-göstərişləri olmayan vətəndaşların nəzərinə çatdırılır ki, dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır. Peyvəndlə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalara da riayət olunmalıdır.