Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hərbi həkimləri təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam verib.
Bu sənədə əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə mükafatlandırılan hərbi qulluqçular arasında həkimlər də var.
Belə ki, tibb xidməti general-mayoru Elşad Həmidov “İgidliyə görə” medalı ilə, tibb xidməti mayoru Tural Allahverdi “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar.
Dövlət başçısının “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncamına əsasən, nazirliyin bir qrup əməkdaşı Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə medallarla təltif edilib. O cümlədən tibb xidməti kapitanı Qurban Eyvazov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Xəbəri paylaş