Tibbi kosmetologiya üzrə kurs təşkil ediləcək

Tibbi kosmetologiya üzrə kurs təşkil ediləcək

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Diplomdansonrakı Tibb Akademiyası ilə birlikdə Respublika Diaqnostika Mərkəzinin bazasında ilk dəfə olaraq “Tibbi kosmetologiya” ixtisası üzrə ödənişli əsaslarla altıaylıq hazırlıq kursları təşkil edəcək. Kurslar sentyabrın 15-dən martın 14-dək keçiriləcək.
İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, kurslara bu sahədə ən azı beş il iş staji olan həkimlər qəbul edilir. Kursun məqsədi həmin ixtisas üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik, bacarıq və təcrübi vərdişlərin mənimsənilməsi və müasir standartlara uyğunluğunun təmin olunmasıdır. Kurs müddətində qeyri-invaziv depilyasiya, darsonvalizasiya, dərinin aparatla pilinqi, səthi pilinq və invaziv inyeksion toxuma dolğularının yeridilməsi, botulizm toksini məhsullarının inyeksiyası, mezoterapiya, biorevitalizasiya, həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması, dırnaq lövhələrinin işlənilməsi, destruksiyaların aparılması və dəridə yenitörəmələrin mexaniki götürülməsi bacarıqları tədris olunacaq.
Kursu uğurla bitirənlərə ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiq edən müvafiq sənəd təqdim ediləcək.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova