Yeni yaranan virus ştamları ana ştamdan təhlükəli ola bilməz

Yeni yaranan virus ştamları ana ştamdan təhlükəli ola bilməz

Koronavirus virus infeksiyasıdır, onun təxminən 30-a yaxın mutasiyası mövcuddur, lakin onların heç də hamısı öyrənilməyib. Yalnız yeni yoluxmalarla daha çox əlaqədar olan virus ştamları tədqiq edilib. Koronavirus molekul quruluşuna görə çox uzun zəncirdən ibarətdir. Həmin zəncirdə daimi olaraq yeni mutasiyalar baş verdikcə yeni quruluş yaranır. Ümumdünya Səhiyyə Təşkilatı bunu yunan əlifbasının hərfləri ilə adlandırmağa qərar verib və ştamın hansı ölkədə yaranmağı etik sayılmadığına görə alfa, delta və s. adlandırmağı daha düzgün hesab edib. Yeni növ koronavirusun (COVID-19) ilkin variantı, yəni ana virus daha təhlükəli idi. Digər ştamlar orqanizmdə çoxalaraq öz fəaliyyətini davam etdirməyə çalışırlar. Ona görə də yeni yaranan virus ştamlarının heç biri ana ştamdan təhlükəli ola bilməz. Elə bunu əsas götürərək ciddi narahatlığa ehtiyac olmadığını söyləmək olar. Sadəcə olaraq, daha sürətli yoluxuculuq qabiliyyətinə malik ola bilər.
Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova məlumat verib.
Onun dediyinə görə, təbiətdə həmişə belə olub. Əvvəlcə hansısa bir infeksiya yaranır, bir müddət ona qarşı mübarizə yolları axtarılır və nəhayət, tibb elmi həmin infeksiyaya qarşı dərman kəşf edir. Ümid etmək olar ki, bu dəfə də belə olacaq.
Mərkəzin mütəxəssisi bildirib: “Hazırda İctimai Səhiyyə və İslahatlar Mərkəzi vaksinasiya edilmiş tibb işçiləri üzərində böyük bir tədqiqat aparır. Bu məqsədlə paytaxtın poliklinikaları və birləşmiş şəhər xəstəxanaları seçilib və peyvənd edilmiş işçilər üzərində reaksiyaların gedişi, peyvəndlərin effektlilik dərəcələri və s. ilə əlaqədar araşdırma gedir. Tədqiqata 1500-ə yaxın tibb işçisi cəlb olunub. Onlardan peyvəndləmədən əvvəl və sonra qan analizləri götürülərək müəyyən göstəricilər yoxlanılır. Araşdırmanın ilkin nəticəsi müsbətdir. Tədqiqat başa çatandan sonra nəticələr ictimaiyyətə təqdim olunacaq”.
Onun verdiyi məlumata əsasən, vaksinasiya başlanandan hansı halda peyvənd olunmağın zəruriliyi, onun hansı şərtlər daxilində aparılması sualı qarşıda durur və peyvənd edilməyənlərdə immunitet və COVID sertifikatının olmaması problemlər doğurur. Ona görə də avqustun 9-dan etibarən Səhiyyə Nazirliyində komissiya fəaliyyətə başlayıb və peyvəndlə əlaqədar əks-göstərişi olanlara “Əks-göstəriş sertifikatı” verilir. Bunun üçün vətəndaşlar öz yaşayış yeri üzrə poliklinikaya müraciət etməlidirlər. Poliklinikada məsul həkimlər həmin məlumatı Səhiyyə Nazirliyinə göndərirlər. Komissiyanın rəyi əsasında onların barəsində qərar verilir.
Könül İsmayılova deyib ki, dünyada da peyvəndlərin effektivliyinə və onların “delta” ştamına təsirinə dair araşdırmalar davam edir. Britaniya İctimai Səhiyyəsinin məlumatına görə, vaksinasiyadan keçənlər arasında COVID-19-a yoluxma halları peyvənd olunmayanlara nisbətən üç dəfə azdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova