Narkoloji Mərkəzdə xəstələrə dərman müalicəsi ilə yanaşı, psixoloji yardım da göstərilir

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Pərvin Məmmədov mərkəzin fəaliyyəti barədə onlayn müsahibə verib. - Narkoloji Mərkəzdə müalicə olunan vətəndaşlara necə yardım göstərilir? - “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxs ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsidir, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və digər müvafiq normativ-hüquqi aktlara uyğun

31-03-2021, 11:36

Səhiyyədə innovativ ideyaların tətbiqi üzrə vebinar keçirilib

Azərbaycan Tibb Universiteti (ATU) və Təbriz Tibb Elmləri Universiteti arasında hər iki ali təhsil ocağının rektorlarının iştirakı ilə səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib. Onlayn tədbirdə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli səhiyyə və tibb təhsili üçün kifayət qədər gərgin dönəm olan bu dövrdə innovasiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri

31-03-2021, 11:24

Azərbaycan MDB-də COVID-19 əleyhinə vaksinasiya səviyyəsinə görə liderdir

Martın 31-dək Azərbaycan Respublikasında 547 541 nəfər yeni koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndlənmə prosesində iştirak edib. Tək bir gündə 26 573 nəfərə COVID-19-a qarşı vaksin vurulub. Qeyd edək ki, dünyanın bir çox ölkəsində ötən ilin dekabrından əhalinin koronavirus infeksiyasına qarşı peyvəndlənməsinə başlanıb. Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də start verilib və hazırda ölkəmizin bütün regionlarında o, sürətlə və uğurla davam edir. İndi bu prosesin 3-cü

31-03-2021, 11:24

ATU və Heydelberq Universiteti birgə seminar keçirib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası ilə Almaniyanın Heydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının əməkdaşlarının birgə iştirakı ilə növbəti seminar təşkil olunub. Onlayn formatda keçirilən tədbir kolorektal cərrahiyyədə müasir yanaşmalara həsr edilib. Toplantıda bağırsaq xərçəngi ilə bağlı yeni cərrahi metodlar, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, bu sahədə tibbin son yenilikləri barədə müzakirələr aparılıb.

31-03-2021, 11:21

Vaksinlər ağırlaşmadan və ölümdən qoruyur

Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə üzrə işçi qrupunun üzvü Səbinə Babazadə peyvəndin vacibliyi və vaksinasiya prosesinin təşkili ilə bağlı müsahibə verib. - Ölkəmizdə vaksinasiya prosesi necə gedir? - Fevralın 8-dən etibarən yaşı 65-dən yuxarı, fevralın 17-dən isə 50 və daha yuxarı yaşda olan şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun

31-03-2021, 11:18

Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd olundu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə hər il 24 mart Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. ÜST və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı bu günü 1982-ci ildə - alman mikrobioloq Robert Kox tərəfindən vərəmin törədicisi olan Kox çöplərinin kəşf olunmasının 100 illiyi münasibətilə təsis ediblər. Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi əhalinin bu xəstəliklə bağlı məlumatlılığını artırmaqdan, habelə qlobal epidemiyanın ləğvi

31-03-2021, 11:15

ÜST COVID-19-un yaranma səbəbi üzrə hesabatını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının yaranma səbəblərinə dair hesabatını dünya ictimaiyyətinin diqqətinə təqdim edib. Yanvar ayında Çinə səfər etmiş ekspert qrupunun rəylərinin də yer aldığı hesabatda epidemiyanın mənbəyinə dair ehtimallara aydınlıq gətirilib. Hesabatda göstərilib ki, SARS-CoV-2 virusu ilkin olaraq yarasalarda yaranıb və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar üzərindən keçib. ÜST pandemiyanın yaranma səbəbi kimi “laboratoriya qəzası”

31-03-2021, 11:09

Səhiyyə Nazirliyinin mütəxəssisləri piylənmə üzrə beynəlxalq konfransda çıxış ediblər

Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib. Səhiyyə Nazirliyinin mütəxəssisləri tədbirdə çıxış ediblər. Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Dördgünlük Beynəlxalq konfrans COVID-19-un cəmiyyətimizə təsir etdiyi bir zamanda xüsusilə aktual olan piylənmə problemi ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bu sahədə bilik və təcrübəni paylaşmaq və mübarizə sistemlərini gücləndirmək məqsədi

31-03-2021, 11:09

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatı

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Sözügedən şəxslər saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər. Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə

31-03-2021, 11:07

Hipertoniya üzrə 1-ci Bakı beynəlxalq təlim kursu

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlığı, Bakı Kardiovaskulyar Akademiyasının texniki və təşkilati dəstəyi ilə Hipertoniya üzrə 1-ci Bakı beynəlxalq təlim kursu keçirilib. Onlayn formatda baş tutan kursda Türkiyə, İtaliya, İspaniya və İsrailin aparıcı beynəlxalq ekspertləri ilə yanaşı, ADHTİ-nin professor-müəllim heyəti, Elmi Tədqiqat Kardiologiya İnstitutunun və Azərbaycan Kardiologiya Cəmiyyətinin

31-03-2021, 11:05




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova