ÜST COVID-19-un yaranma səbəbi üzrə hesabatını açıqlayıb

ÜST COVID-19-un yaranma səbəbi üzrə hesabatını açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus epidemiyasının yaranma səbəblərinə dair hesabatını dünya ictimaiyyətinin diqqətinə təqdim edib.
Yanvar ayında Çinə səfər etmiş ekspert qrupunun rəylərinin də yer aldığı hesabatda epidemiyanın mənbəyinə dair ehtimallara aydınlıq gətirilib. Hesabatda göstərilib ki, SARS-CoV-2 virusu ilkin olaraq yarasalarda yaranıb və insana birbaşa deyil, aralıq daşıyıcı olan digər heyvanlar üzərindən keçib. ÜST pandemiyanın yaranma səbəbi kimi “laboratoriya qəzası” tezisinin mümkünlük ehtimalını olduqca aşağı qiymətləndirib.
Ekspert heyətinin tərkibində zooloqlardan epidemioloqlara qədər müxtəlif ixtisaslar üzrə mütəxəssislər iştirak ediblər. Onlar Çinin Uhan vilayətində yerli həmkarları ilə birlikdə epidemiyanın başlanğıc nöqtəsinin nədən ibarət olmasına dair ehtimal olunan fərziyyələri araşdırıblar.
Yekun rəydə virusun yarasalardan başqa bir heyvana və onlardan da insanlara keçməsi ehtimalının daha yüksək səviyyədə olduğu qeyd edilib. Aralıq daşıyıcının hansı heyvan növünün olması barədə isə elmi dairələrdə ortaq fikir yoxdur və hesabatda da bu suala aydınlıq gətirilməyib.
Daha əvvəl bildirilmişdi ki, beynəlxalq missiya koronavirus infeksiyasının insana yoluxmasının dörd versiyası üzərində işləyib – onun insana heyvandan, aralıq bənd vasitəsilə, dondurulmuş məhsullardan, həmçinin laboratoriyada baş verən insidentə görə ötürülməsi fərziyyələri təhqiq olunub.
ÜST-nin Uhanda virusun mənşəyinin öyrənilməsi üzrə missiyasında iştirak etmiş Çin ekspertlər qrupunun rəhbəri Lyan Vannyan “Global Times” qəzetinə müsahibəsində bildirib ki, laboratoriyadan sızma artıq koronavirusun yayılmasının versiyası olaraq qəbul edilməyəcək. O əlavə edib ki, əvvəldən də bu fərziyyənin ehtimalı çox az idi, indi isə yalnız yeni sübutlar ortaya çıxdığı təqdirdə ÜST ekspertləri bu versiyaya qayıda bilərlər.
Lyan Vannyan deyib ki, Çinli və xarici ekspertlər daha dörd bənd üzrə razılığa gəliblər: COVID-19 xəstəliyinin ən erkən hadisəsi dekabrın 8-də qeydə alınıb; Uhanda "Huanan" dəniz məhsulları bazarı xəstəliyin baş verməsində mühüm rol oynayıb; dondurulmuş məhsulların tədarükü koronavirusun yayılmasına təsir göstərə bilərdi; virus heyvan mənşəlidir və çox güman ki, insana aralıq bənd vasitəsilə ötürülüb.
Qeyd edək ki, 2019-cu ilin sonunda dünyada sürətlə yayılmağa başlayan COVID-19 koronavirusuna yoluxanların sayı 127 milyon nəfəri ötüb, 2,78 milyon nəfər isə bu virusla əlaqədar həyatını itirib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova