ATU və Heydelberq Universiteti birgə seminar keçirib

ATU və Heydelberq Universiteti birgə seminar keçirib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası ilə Almaniyanın Heydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının əməkdaşlarının birgə iştirakı ilə növbəti seminar təşkil olunub.
Onlayn formatda keçirilən tədbir kolorektal cərrahiyyədə müasir yanaşmalara həsr edilib. Toplantıda bağırsaq xərçəngi ilə bağlı yeni cərrahi metodlar, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, bu sahədə tibbin son yenilikləri barədə müzakirələr aparılıb.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, Ümumi cərrahiyyə kafedrasının müdiri Elçin Ağayev və kafedranın əməkdaşı Elman Əzimov kolorektal cərrahiyyədə azərbaycanlı həkimlərin təcrübəsi haqqında çıxış ediblər. Hər iki tərəfdən iştirak edən mütəxəssislər kolorektal xəstəliklərin müalicəsində yeni yanaşmalar barədə fikirlərini açıqlayıblar.
Tədbir Azərbaycan Tibb Universiteti və Almaniyanın Heydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin cərrahiyyə klinikaları arasında imzalanmış memorandum çərçivəsində təşkil olunub. Bu sənəd hər iki klinikanın əməkdaşları arasında müxtəlif formatlı əməkdaşlığı nəzərdə tutur. Bu qəbildən müzakirələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova