Səhiyyə Nazirliyinin mütəxəssisləri piylənmə üzrə beynəlxalq konfransda çıxış ediblər

Səhiyyə Nazirliyinin mütəxəssisləri piylənmə üzrə beynəlxalq konfransda çıxış ediblər

Ümumdünya Piylənmə ilə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib. Səhiyyə Nazirliyinin mütəxəssisləri tədbirdə çıxış ediblər.
Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Dördgünlük Beynəlxalq konfrans COVID-19-un cəmiyyətimizə təsir etdiyi bir zamanda xüsusilə aktual olan piylənmə problemi ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bu sahədə bilik və təcrübəni paylaşmaq və mübarizə sistemlərini gücləndirmək məqsədi daşıyıb.
Bu il nəinki piylənməsi olan insanlar üçün çətin keçdi, həmçinin bütün dünyaya piylənmənin həmişəkindən daha çox diqqət və anlayış tələb etdiyini göstərdi. Artıq çəki problemi ilə COVID-19 arasındakı mürəkkəb və təhlükəli qarşılıqlı əlaqə piylənmənin profilaktikası və müalicəsinə ehtiyac olduğunu bir daha xatırlatdı və hər kəsin – dövlətlərin, səhiyyə işçilərinin, piylənməsi olan insanların və geniş ictimaiyyətin bu işdə böyük rolu olduğunu göstərdi.
Bu səbəbdən, Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyası (ANDOP) 2021-ci il Ümumdünya Piylənmə ilə Mübarizə Gününü ölkəmizdə, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, WOF (World Obesity Federation), Türkiyə Obezite Araşdırma Dərnəyi (TOAD) və EASO-OMFT (Obesity Management Task Force) təşkilatının piylənmə ilə mübarizə üzrə işçi qrupunun dəstəyi ilə həyata keçirib.
Onlayn konfrans bu sahədə çalışan müxtəlif ixtisaslı həkimləri - terapevt, kardioloq, endokrinoloq, diyetoloq və nutrisioloqları, habelə artıq çəkidən əziyyət çəkən insanları və onların təşkilatlarını bir araya gətirib.
Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil üzrə akkreditə edilmiş bu tədbirdə Türkiyə, Böyük Britaniya, Fransa, İtaliya, Azərbaycan və digər ölkələrin bu sahə üzrə mütəxəssis həkimlərinin məruzələri dinlənilib.
Beynəlxalq konfransın fəal iştirakçılarına sertifikatlar verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova